ANAMA cəbhəboyu əraziləri mərmilərdən təmizləyir - FOTO

09:13 16-10-2020 | icon 666 | Hadisə
ANAMA cəbhəboyu əraziləri mərmilərdən təmizləyir - FOTO

Oktyabrın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 27 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bir müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb. 

 

Bildirilib ki, daxil olmuş 28 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Baharlı, Çəmənli kəndləri və 1-ci Baharlı qəsəbəsi, Ağcabədi rayonunun Arazbar, Bala Kəhrizli, Taynaq kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Əhmədalılar kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qaraçinar, Qızılhacılı, Balakürd, Meşəli kəndləri, Tərtər rayonunun Seydimli, Buruc kəndləri və C.Məmmədquluzadə, N.Nərimanov küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. 

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə idarə olunan raketin arxa mator hissəsi, 1 ədəd bombacıq və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI