“Tankın altına uzanan xalq birdən-birə dönüb oldu qorxaq?”

14:16 14-02-2018 | icon 575 | Siyasət
“Tankın altına uzanan xalq birdən-birə dönüb oldu qorxaq?”

“Siz siyasi səhnədən silinməkdən qorxursunuz, bəli qorxun, silinirsiniz”

“Nə dəxli var ki, seçkini hansı səbəbdən uduzursan? “Seçki saxtalaşdırılıb” deməklə də iş bitmir. Niyə o seçki saxtakarlığının qarşısını ala bilmədin? Deyirsən ki, “Seçki Məcəlləsi normal deyil”. O zaman niyə onu dəyişdirməyə gücün çatmadı? Deyirsən ki, “çünki xalq meydanlara çıxmır, dəstək vermir, bizi tək buraxır”. Xalq sənə dəstək vermir, o zaman çəkil get. Deyirsiniz ki, “xalq qorxusundan dəstək vermir, onu dəstək verməyə qoymurlar, gözünü qorxudublar” və digər bəyənatlar. Demək ki, xalqı da inandıra bilməmisiniz. Xalq sizin uğrunuzda risk etməyə getmir, inanmır ki, vacib məqamda siz onu meydanda yalnız buraxmayacaqsınız. Tankın altına uzanan xalq birdən-birə dönüb oldu qorxaq?”

Versus.Az xəbər verir ki, bunu AXCP sədri, növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülmüş Razi Nurullayev özünün “Facebook” səhifəsində seçkini “boykot” edəcəklərini bəyan edən siyasilərlə bağlı açıqlamasında bildirib:

“Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şults istefa verib. Deyib ki, “Bu, mənim Sosial-Demokrat Partiyasının sədri vəzifəsində sonuncu müraciətimdir. Bu, bir çox hallarda çətin iş olub. Ancaq mən heç kimdən incimədən, heç kimə kin bəsləmədən bu vəzifədən gedirəm”. Sizin də bu cür istefa mədəniyyətiniz olsun. Maksimum iki dönəm müxalifətçilik olar. İki dəfə sədr olun və sonra çəkilin. Daha 25-30 il yox. O zaman bu hakimiyyəti necə tənqid edək, onlara nəyi nümunə göstərək?”

E.Nurullayev qeyd edib ki, seçkini boykot etməklə 11 aprel seçkisini pozmaq mümkün deyil:

“Boykotun nəticəsi nə olacaq? 11 apreldə kim prezident seçilsə legitimlik qazanmayacaq? Öyrədilmiş və zombiyə çevrilmiş 10-larla tonton makutlar da tutuquşu kimi sizin dediklərinizi təkrarlayır. Bu azmış kimi, bir sıra siyasi qüvvələrin yanında olan, xüsusən də Əli Kərimlinin ətrafında olan 10-larla bədbəxt, bir də yaranışından xəbərsiz olan selə düşmüş heyvan kimi başını ora-bura çevirən söyüş və təhqir makinaları ailələrində danışıq tərzi olan ifadələr və cümlələr işlədirlər. Başlarına özləri boyda daş düşmüş bu barmaqla sayılan zavallılar düşən daşın çıxardığı qanı belə, görmürlər”.

Partiya sədri bu cür sərt çıxış etməsinin səbəbini “boykot”çuların namizədliyi irəli sürülən siyasiləri özlərinə yaxın mətbuatda təhqir etmələri, sosial şəbəkələrdə söyüş ünvanlamaları ilə əlaqələndirib:

“Bunu həm də ona görə sərt deyirəm ki, sizin Azərbaycan cəmiyyətinə və xalqına ziyandan başqa xeyriniz yoxdur və heç zaman da olmayacaq. Sizin sayınız olsun vur-tut 3000 nəfər. Söyün, nifrət və kin yağdırın, ailənizdə gördüyünüz tərbiyəni cəmiyyətə açıqlayın. Siz mənə lazım deyilsiniz. Siz bu 10 milyonluq xalqın 0,0001 faizi varsınız, yoxsa yox. Mən xalqdan səs istəyirəm və o səsi alacam. Siz siyasi səhnədən silinməkdən qorxursunuz, bəli qorxun, silinirsiniz. Sizə aprelin 11-dən sonra salam verən də olmayacaq”.

R.Nurullayev vurğulayıb ki, Azərbaycanın siyasi səhnəsində yeni siyasi ulduzlar parlayır:

“Mənim siyasi səhnədə parlamağımdan həyacan keçirirsiniz. 30 ildir seçkilərdə bir dəfə də olsun namizəd olmağı bacarmayanlar qoy narahat olsunlar. Yeni ulduzların parıltısı gözlərinizi kor edəcək. Biz xalqa başqa siyasi yol, başqa çıxış yolu göstəririk və göstərəcəyik. Onlar görəcək ki, bizim müxalifət kimi apardığımız siyasət cəmiyyətdə müsbət dəyişikliklər yaratmaqdadır və o zaman kütləvi şəkildə yanımızda yer alacaqlar. Siz unudulursunuz və unudulacaqsınız. Sudan çıxmış balıq kimi son nəfəsinizi verirsiniz. Biz isə Elçibəy yolu ilə yolumuza davam edirik”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI