Müddəti bitməyən vəsiqələri dəyişdirməyə ehtiyac yoxdur

14:42 01-09-2018 | icon 581 | Gündəm
Müddəti bitməyən vəsiqələri dəyişdirməyə ehtiyac yoxdur

Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə ehtiyac yoxdur. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, bu gündən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır:

 

"Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN xidmət" mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzində həyata keçirilir.

Növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq. Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər. Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil".

 

E.Niftəliyev əlavə edib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətinə 5 manat, 3 gün müddətinə 25, bir gün müddətinə isə 35 manat təşkil edir.

 

15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur. Belə ki, 10 gün ərzində 4 manat, 3 iş günü müddətində 20, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür