“Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

10:26 17-10-2020 | icon 1197 | Dünya
“Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

Türkiyə Xarici İşlər nazirinin sözcüsü Hami Aksoy regionda  bütün problemlərin həllinin ortaq paydaşının Türkiyə, problemi yaradanlara, o cümlədən Qarabağdakı işğalçı Ermənistana dəstək verənin isə Yunanıstan olduğunu deyərək, Afinanı türklərə qarşı düşmənçilikdən əl çəkməyə çağırıb.

 

Bu barədə Türkiyə XİN-in rəsmi saytında bəyanat dərc olunub.

 

Bəyanatda Yunanistan Xarici İşlər naziri Nikos Dendiasın Ermənistan ziyarəti zamanı dediyi sözlərin  və iddiaların Afinanın Ankara ilə ilə münasibətlərində yaxşı qonşuluq, dialoq və əməkdaşlıq yerinə gərginlik və eskalasiya siyasətinə üstünlük verdiyinə yeni bir dəlil olduğu bildirilib.

 

“Bu iddialar tarixi həqiqətləri ört-basdır edə bilməyəcək. Yunanistan Anadoluda törədilmiş zülmü və bunun üçün təzminat ödəməli olduğunu unutmamalı, tarixi düzgün oxumalı və türklərə qarşı düşmənçilikdən əl çəkməlidir”, - deyə sənəddə bildirilib.

 

Bəyanatda Yunanıstanın regionda bütün problem yaradanları, o cümlədən Qarabağda işğalçı Ermənistanı dəstəklədiyi, Türkiyəyə qarşı fəaliyyət göstərən PKK, PYD, FETÖ daxil olmaqla  bütün terror təşkilatlara qapılarını açdığı vurğulanıb:

 

“Yunanistan Xarici İşlər nazirinin Dağlıq Qarabağda və ətrafındakı yeddi rayonda kimin işğalçı, kimin qurban olduğunu ayırd etməli və beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çəkilməsini hökm edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, 28 ildir davam edən qanunsuz işğalını qınamağa da dəvət etməsi lazımdır”.

 

“Yunanıstan bu siyasətləri tərk etməli, Türkiyəni, regionun və dünyanın həqiqətlərini yaxşı oxumalıdır”, - deyə bəyanat yekunlaşdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI