"Azərbaycan torpaqlarının işğalına son qoyulması bir çox məsələlərə baxış bucağını dəyişəcək"

12:56 17-10-2020 | icon 395 | Siyasət
"Azərbaycan torpaqlarının işğalına son qoyulması bir çox məsələlərə baxış bucağını dəyişəcək"

Elçin Mirzəbəyli: "Əgər Rusiyanın rəsmi dairələrindən onlara belə bir göstəriş olsaydı, o zaman bülbül kimi ötəcəkdilər"

 

Azğınlaşan erməni ordusu – terrorçuları Azərbaycan torpaqlarında sağa-sola raketlər yağdırır.

 

Versus.Az xəbər verir ki, BAXCP sədr müavini, politoloq Elçin Mirzəbəyli müsahibəsində bu və ya digər məsələlərlə bağlı bir çox nüanslara diqqət çəkib.

 

- Elçin müəllim, bu gün Azərbaycana qarşı erməni terroru davam edir. Ümumiyyətlə Azərbaycanı atəşkəsə dəvət edən dövlətlər, erməni terroruna qarşı bu qədər susqundur?


- Əvvəla qeyd edim ki, Azərbaycan Respublikasının əraziləri “terrorçu qruplaşmaların” yox, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və Azərbaycan Ordusunun həyata keçiridiyi əks-hücum əməliyyatları da işğalçı Ermənistan ordusuna qarşıdır. Terrorçu qruplaşmalar da Ermənistanın siyasi rəhbərliyi tərəfindən idarə olunurlar ki, bu da Ermənistanın terror dövləti olduğunu göstərən nümunələrdən biridir. İşğal altında olan Azərbaycan ərazilərində təcavüzkar ölkə tərəfindən terrorçu qruplaşmaların, qanunsuz hərbi birləşmələrin döyüşçüləri olan muzdluların da çıxış etməsi işğal faktının doğurduğu nəticələrdir.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi müharibə cinayəti sayılan hərbi hərəkətləri bu ölkənin heç bir beynəlxalq hüquq normalarına və humanizm prinsiplərinə əməl etmədiyini göstərir. Ermənistanın davranışları Beynəlxalq Humanitar Hüququn, 1949-cu ildə qəbul edilmiş Cenevrə və Haaqa konvensiyalarının, həmçinin BMT Baş Assambleyasının bu konvensiyaların protokollarına əlavələrinin kobud şəkildə pozulmasıdır ki, bu da beynəlxalq cinayət məsuliyyəti yaradır.


Belə bir vaxtda Rusiyada yaşayan, xüsusuilə də ictimai rəyə çıxış imkanları olan insanların susmalarının isə əsas səbəbi onların korporativ maraqları ilə bağlıdır. Əgər Rusiyanın rəsmi dairələrindən onlara belə bir göstəriş olsaydı, o zaman bülbül kimi durmadan ötəcəkdilər. Və çox güman ki, Azərbaycan Böyük Qələbəni əldə etdikdən sonra, bu şəxslər qalibin yanında olmaq üçün bütün mümkün vasutələrdən, hətta şou xarakterli siyasi texnologiyalardan da istifadə edəcəklər. Amma o zaman artıq çox gec olacaq.


Azərbaycanı atəşkəsə dəvət edən dövlərlər isə, Ermənistanın işğalçılıq siyasətinə 30 ildir göz yuman, əslində isə işğalı dəstəkləyən dövlətlərdir. Biz onları yaxşı tanıdığımız üçün də əndişələnmirik və belələrindən başqa gözləntilərimiz yoxdur.

 

- Niyə Rusiyada olan 2 milyon azərbaycanlı öz mətbuatını yaratmaq üçün hər hansı istəkdə bulunmur?

 

- Dövlət müstəqilliyimizin bərpasından sonra informasiya siyasəti sahəsində ciddi boşluqların buraxıldığını, ölkənin maraqlarını xarici KİV-lərdə ifadə etməyi bacaran mütəxəssislərin yetişdirilməsinin əvəzinə söz yığınından ibarət elmi işlər yazıb siyasi elmlər doktoru və siyasi elmlər üzrə fəlsəfə doktoru olan, əslində isə analitik təfəkkürü, arqumentləşdirmə bacarığı “0”-dan aşağı xeyli sayda boşboğazın ictimai rəyə sırındığını hər kəs bilir. Təbii ki, sözügedən sahələrin haqqını verənlər də var, amma onların sayı təəssüf ki, çox deyil və ümumi spektrin 20-30 faizini təşkil edirlər. Qeyd etdiyim kimi bu problemlər artıq hər kəsə bəllidir və aradan qaldırılması istiqamətində ciddi addımların atılması nəzərdə tutulub. Ermənilərin xarici ölkələrin, o cümlədən Rusiyanın kütləvi informasiya vasitələrində fəallığına gəldikdı isə, bunun obyektiv və subyektiv səbəbləri var. Əvvəla, digər xarici ölkələrlə, xüsusilə də ABŞ, Fransa kimi ermənilərin böyük diasporaya sahib olduğu dövlətlərlə postsovet respublikalarındakı real vəziyyəti fərqləndirmək lazımdır.

Qərb ölkələrində Azərbaycan diasporu gəncdir. Diasporla İş üzrə Dövlət Komitəsi isə 2002-ci ildə yaradılıb və bu qurumun təxminən 15-16 illik faəliyyətinin gerçək diaspor quruculuğuna heç bitr aidiyyatı olmayıb. Bu, müzakirəsi vaxt apara biləcək bir mövzudur və təəssüf ki, indi buna vaxt sərf etmək istəmirəm. Bizim Azərbaycanda, yaxud hansısa bir ölkədə KİV təsis etməyimiz və onun ölkəmizin maraqlarından çıxış etməklə populyarlıq qazanmasına nail olmağımız çətin məsələdir və heç buna ehtiyac da yoxdur. Ən doğru yol xarici ölkələrin, o cümlədən Rusiyanın KİV-lərində azərbaycanlı mütəxəssislərin sayının artırılması, onların populyarlıq qazanmaları üçün ciddi piarının aparılmasıdır. Həm də bunu elə bir şəkildə etmək lazımdır ki, kimsəni qıcıqlandırmayasan. Konkret Rusiyaya gəldikdə isə, orada vəziyyət bir az fərqlidir. Rusiya KİV-lərində erməni jurnalist və ekspertlərinin “meydan sulaması”nın öz səbəbləri var. Onlara bu imkanı tanıyıblar. Sizi əmin edirəm, Rusiya KİV-lərində erməni yalanlarını körükləyənlərə yuxarıdan bir “susun” işarəsi yetərlidir ki, onlar nəinki dillərini, hətta həyasız simalarını və adətən hədələyici işarələr verən əllərini də bir yerlərinə soxsunlar. Əslində Rusiyada buna imkan yaradanların bir məqsədi var. Onlar Azərbaycanın və Ermənistanın ictimai rəyinin Rusiyanın efir məkanında formalaşmasını istəyirlər. Ermənilərə genilş meydan tanımaqla bizi də qıcıqlandırıb həmin məkana çəkmək niyyəti güdürlər. Yəni məsələnin bu tərəfi də var və buna da diqqət yetirmək lazımdır.

 

- Dünya güclərinin Azərbaycanla-Qarabağ müharibəsi ilə bağlı mövqeyi erməni terorçularının Gəncəyə atdıqları qadağan olunmuş raketin nəticələrinə baxıb verdikləri reaksiyalarla bir daha göründü. Onlar sadəcə “təəssüf edirik”- deyib, tərəfləri atəşkəsə riayət etməyə çağırdılar. Bu yanaşmaya baxanda, bu gün Azərbayacan Ordusunun öz torpaqları uğrunda apardığı savaşı necə dəyərləndirmək olar və dünya güclərinin bizim bu məsələyə bu dərəcədə laqeyd yanaşmaları nəyə istiqamətlənir?

 

 - Bu suala çox qısa cavab verəcəyəm. Dünya bizim problemlərimizə baxıb təəssüfləndiyi kimi, biz də dünyanın problemlərinə baxıb təəssüflənməli və yolumuza davam etməliyik. Qalibləri mühakimə etmirlər.

 

- Bu gün Türkiyə Azərbaycanı mənəvi olaraq dəstəkləyir və bu, bizim bu mübarizəmizdə çox əhəmiyyətli hesab olunur. Rusiya və regionda marağı olan digər güclər Türkiyəni bizim müharibəyə hər hansı şəkildə müdaxilə etməsini istəmir. Xüsusilə də Rusiya Türkiyəni kənarda saxlamağa çalışır. Belə bir ərəfədə TÜRKİYƏ-AZƏRBAYCAN-PAKİSTAN Təhlükəsizlik Müqaviləsinin bağlanması  region üçün nə dərəcədə əhəmiyyəli ola bilər? Türkiyənin ATƏT-MQ formatına daxil olması gerçəkləşirmi?

 

 - Zənnimcə hadisələri tələsdirmək lazım deyil. Prosesin özü arzuolunan nətəcələrin və formatların ortaya çıxmasına gətirib çıxara bilər. Dünya düzəni və regiondakı geosiyasi ab-hava dəyişir. Bu prosesdə biz də öz maraqlarımızdan çıxış etməliyik. Türkiyə-Azərbaycan-Pakistan formatı artıq mövcuddur. Bu format genişlənə də bilər. Bunu zaman göstərəcək. Azərbaycanın mövqelərini zəiflətməyə çalışan dairələrin dünyada söz sahibinə, regionda əsas oyunçuya çevrilən qardaş Türkiyəni neytrallaşdırmağa cəhd göstərmələri təbii qəbul olunmalıdır. Amma ox yaydan çıxıb və Türkiyənin yaratdığı yeni geosiyasi reallıqları dəyişmək mümkün olmayacaq. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Həmsədrlər isə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən konsensus yolu ilə təyin olunur. İndiki şəraitdə həmsədrlərin Minsk Qrupu qarşısında hesabatlılığını təmin etmək, yaxud prosesin özünü tarixin arxivinə göndərmək lazımdır. Bütün digər beynəlxalq təşkilatlarda olduğu kimi ATƏT-də də əsas təsir mexanizmi güc amilidir. Kim güclüdürsə şərtləri də o diqtə edir. Reallığa qalarsa ATƏT dünyanın ən əhəmiyyətsiz, ən səmərəsiz qurumudur. Bu qurumun yaratdığı təsisatlar indiyədək heç bir münaqişnin həllinə real töhfə verə bilməyib.
 

- Rusiya yenə də özünü əsas vasitəçi olaraq dövriyəyə  qoşmaq istəyindən əl çəkmir.  Prezident İlham Əliyev "status-kvo, cəbhə xətti məsələsi yoxdur", müharibə getdiyi andan Minsk qrupunun əhəmiyyətinin qalmadığı ilə bağlı öz sözünü desə də, Rusiya Yenə danışıqlar, yenə  sülhməramlıların Qarabağa gətirilməsindən danışır. Əslində Azərbaycan əks-hücumla işğalçı və torpaq problemlərini avtomatik olaraq həll edir. Belə olduğu halda Rusiya nəyi anlamaq istəmir, yaxud nəyi qəbul etmir?

 

- Rusiya regionda öz təsirini qoruyub saxlamaq istəyir. Postsovet məkanındakı münaqişələr də elə buna görə yaradılıb. Bu illər ərzində Rusiya postsovet məkanına öz təsirini saxlamaq üçün başqa alternativlər formalaşdırmağı bacarmayıb. Əslində Rusiya gerçək bir iqtisadi gücə, beynəlxalq hüququn təminatçısına çevrilsəydi, daha üstün mövqelər əldə edə bilərdi. Belə olduğu təqdirdə bütün postsovet məkanında Rusiyanın liderliyini maneəsiz qəbul edərdilər. İndiki şəraitdə isə Rusiya region dövlətlərini öz təsir dairəsində təzyiqlə saxlamağa çalışır ki, bu da müvəqqəti xarakter daşıyır. Düşünürəm ki, Azərbaycan torpaqlarının işğalına son qoyulması bir çox məsələlərə baxış bucağını dəyişəcək. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür