Qənirə Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil edib

15:11 01-09-2018 | icon 684 | Cəmiyyət
Qənirə Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil edib

Millət vəkili məktəbliləri Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib

 

 

Məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edən millət vəkili Qənirə Paşayeva onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

 

Versus.Az-ın məlumatına görə, Tovuz məktəblərinin kitabxanalarına təkcə çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə etməyə çağırıb. Dövlət başçımız İlham Əliyevin  və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər deyib.

 

Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib:

 

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”

 

Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb:

 

“Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.

 

Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Millət vəkili Q.Paşayeva uşaqları maraqlandıran sualları da cavablandırıb.

 

Q.Paşayeva Tovuzun ən yaxşı məktəblərindən biri olan Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbini də ziyarət edib. Məktəbdən bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək, hədiyyələr təqdim edib və uğurlar diləyib,gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Millət vəkili məktəbin bundan daha da böyük potensialının olduğunu qeyd edərək gələn il bundan da yaxşı nəticələr gözləyirik deyib.

 

Q.Paşayeva Bozalqanlı kənd orta məktəbini ziyarət çərçivəsində yeni dərs ili öncəsi müəllimlərlə də görüşüb,məktəbin və müəllimlərin qayğıları ilə maraqlanıb, kitablar hədiyyə edib. Məktəbin təmiri ilə bağlı təkrar təhsil nazirinə müraciət edəcəyini söyləyən millət vəkili Bozalqanlı kimi yaxşı nəticələri olan bir məktəbin qısa zamanda şəraitinin yaxşılaşdırılması vacibdir deyib. Millət vəkili müəllimlərə və bütün kollektivə uğurlar diləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR