MHP-dən dünyaya antiterror birliyinin yaradılması ÇAĞIRIŞI

13:39 17-10-2020 | icon 373 | Siyasət
MHP-dən dünyaya antiterror birliyinin yaradılması ÇAĞIRIŞI

Əlisahib Hüseynov: "Ermənistan Gəncəyə növbəti terroru ilə bütün dünyaya meydan oxudu"

 

"Ötən gecə Gəncə sakinləri yenə də açıq terrorla, vandalizmlə, soyqırımla üz-üzə qaldılar. Tarixi paytaxtımız olan Gəncə şəhəri növbəti dəfə vəhşicəsinə bombalandı. Dinc vətəndaşlarımız həlak oldu. Ölənlər arasında körpələr də var. Müharibə zonasına heç bir aidiyyatı olmayan böyük bir şəhərin gecə saatlarında operativ-taktiki raketlə vurulması sıradan bir teror hadisəsi deyil. Bu açıq-aşkar dövlət terrorudur. Ermənistan bu hərəkəti ilə növbəti dəfə təkcə bizə yox, bütün dünyaya meydan oxudu və rəsmən terror dövləti olduğunu sübut etdi".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Ermənistanın dövlət terrorizmi ilə məşğul olması bütün beynəlxalq təşkilatların diqqətinə çatdırılsa da, heç kimin Azərbaycanın haqq səsini, “SOS!” siqnalını eşitmək istəmədiyini qeyd edən partiya sədri vurğuladır ki, artıq Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq üçüncü dəfə Gəncəni dağıdıcı şəkildə bombalamaqla öz terorçu mahiyyətini, vandal xarakterini ortaya qoydu və nə beynəlxalq hüquqla, nədəki ümumbəşəri dəyərlərlə hesablaşmadığını nümayişkaranə şəkildə göstərdi:
 
 
"Bu dəfə artıq BMT və ATƏT-in Minsk Qrupu Ermənistanın Gəncəyə raket atəşini pisləməklə, quru diplomatik bəyanat verməklə öz işlərini bitmiş, missiyalarını yerinə yetirmiş hesab edə bilməzlər. Onlar işğalçı Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinin barbarlığını durdurmaq üçün təcili hərəkətə keçməli, Nikol Paşinyan, David Tonoyan və Zöhrab Mnasakanyan “üçlüy”ünün beynəlxalq hüquq normaları əsasında cəzalandırılması üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu qədər vəhşiliklərə, ədalətsizliklərə məruz qalmış Azərbaycan xalqını sadəcə diplomatik terminlərdən ibarət bəyanatlar verməklə ovutmaq olmaz.
Dünyada sülhün, ədalətin bərqərar olması üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatlar bu insanlıq cinayətinə, bu soyqırıma seyrçi qalmamalıdır. Onlar Azərbaycan xalqının acılarına, müsibətlərinə həssaslıqla yanaşmalıdırlar, valideynlərini itirmiş uşaqların, körpələrini itirmiş ata-anaların faciəsini öz faciələri kimi hiss etməli və Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin haqlı mövqeyinə anlayış göstərməlidirlər. Hər zaman terrora qarşı olduqlarını deyən beynəlxalq təşkilatlar və dünya liderləri indi Azərbaycanın yanında yer almalı, ölkəmizin apardığı antiterror əməliyyatına dəstək verməlidirlər. Biz dünyanın bütün sülhsevər qüvvələrini Ermənistanın faşist, terrorist əməllərinə son qoyulması üçün antiterror birliyinin yaradılmasına çağırırıq!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol