"30 ildir ki, bunu gözləmişik"

01:08 18-10-2020 | icon 91 | Siyasət
"30 ildir ki, bunu gözləmişik"
"18 oktyabr Müstəqillik günümüzdür. İndi tarixi şans yaranıb ki, 2020-ni ərazi bütövlüyümüzün de-fakto təminatı ilə başa vuraq. Nə olursa olsun, inanmalıyıq, çalışmalıyıq ki, bu müharibəni tam olaraq öz xeyrimizə həll edək. 30 ildir ki, bunu gözləmişik. Bu günə olan məlumatlar bunun belə olacağı ümidlərini yaradıb və İnşallah belə də olmalıdır".
 
 
Versus.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında millət vəkili Razi Nurullayev atəşkəs razılığı əsasında "Ermənistanın ağ bayraq qaldırması və nəhayət torpaqların işğaldan azad olunması" ilə bağlı hansısa razılığın olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı fikirlərini bildirərkən söyləyib.
 
 
Millət vəkili eyni zamanda bildirib ki, Ermənistanın hərbi-siyası rəhbərliyinə, Minsk Qrupunun həmsədrlərinə etibar etmək olmaz.
 
"Paşinyanın sözünün və vədinin bir qəpik dəyəri yoxdur. Yalvarsa da, diz çöksə də, gözünün yaşını sel kimi töksə də timsah göz yaşlarıdır. Biz 30 ildə Ermənistanın hərbi-siyasi rəhbərliyinə etibar etməməyi öyrəndik və etibar da etməməliyik".
 
R.Nurullayev "humanist atəşkəs" razılığı əldə olunsa da, Nikol Paşinyan müraciət edib deməlidir ki, Dağlıq Qarabağ Ermənistan deyil!
 
"Ali Baş Komandan belə tələb qoyub: Paşinyan desin ki, qoşunlarımıza sabah saat 21.00-a kimi işğal edilən ərazilərdən çəkilməyi və ya Azərbaycan əsgərlərinə təhvil verməyi əmr edirəm. Xankəndində yaşayan erməni əhali isə yaşamaqda davam etsin və azərbaycanlı əhali də geri dönəcək. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etsin və Daqlıq Qarabağın siyasi və diplomatik həll yolunu Minsk Qrupu yenə də yazıb-pozsun.
 
Minsk Grupunun işsiz qalıb qalmaması bizim üçün əhəmiyyət kəsb etmir. Yenə də turist kimi gəlib getsinlər. Xoş gəlib, səfa gətiriblər. Amma, bilsinlər ki, biz siyasilər olaraq nəzakət və diplomatiya xatirinə belə deyirik, incik salınmış və haqsızlığa məruz qalmış xalqımız isə belə düşünmür".
 
Millət vəkili bunları mütləq adlandırıb:
 
- Azərbaycan üçün ərazi bütövlüyü qırmızı xəttdir.
 
- Ağ bayraq qaldırsalar (bayraqları başlarına dəysin, tarix boyu quyruqları qapı arasında qalanda ilan dili çıxarıblar, balaca özlərinə gələn kimi isə buynuz çıxarıblar) Türkiyə də iştirakçı və həyata keçirilmə mexanizminə cavabdeh ölkələrdən biri olmalıdır.
 
- Dağlıq Qarabağın statusu yox, Ermənistanın kapitulyasiyasının şərtləri müzakirə mövzusudur.
 
- Xalq səfərbər olunub, milli birliyimiz Ali Baş Komandanın ətrafında birmənalı olaraq təmin edilib, hərbi üstünlüyümüz tamdır və hər kəs də son nəticəyə köklənib.
 
Müstəqillik gününüz yeni gözəl xəbərlərlə oyansın, əziz xalqımız!
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO