Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir

01:38 18-10-2020 | icon 807 | Geopolitika
Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir

“Gəncəyə son raket zərbəsindən sonra, əminliklə deyə bilərik ki, həqiqətən hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, Paşinyan rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar”.

Versus.az xəbər verir ki, bunları "Report"un Rusiya bürosuna rusiyalı ekspert Andrey Petrov söyləyib.



Ekspertin sözlərinə görə, Paşinyan rejiminin mülki Azərbaycan əhalisi ilə bağlı planı var: “Ermənistanın hakimiyyətinin Azərbaycanın dinc sakinlərini öldürmək və dinc sakinləri qorxutmaq kimi planları və məqsədləri var. Və bunlar bu planı mərhələli şəkildə həyata keçirirlər. Anlamaq lazımdır ki, əvvəlki zərbələr və ya bu zərbə torpaqların azad olunmasının qisası kimi bir dəfəlik zərbələr və ya dinc sakinlərdə vahimə yaratmaq kimi bir hadisə deyil.

Beynəlxalq təşkilatlar neytrallıq oyununu dayandırmalı, Ermənistanın hərbi cinayətini, bu cinayətin dəlillərini tanımalıdır. Və Ermənistana təzyiq göstərilməlidir ki, onlar terrorçu hərəkətlərindən əl çəksinlər”.

A.Petrov beynəlxalq ictimaiyyətin susqunluğunu və Ermənistan tərəfindən törədilən bu terror aktlarının görməməzliyini də qiymətləndirib:

“Anlaya bilmirəm bunlar indi niyə bunu edir. Ümid edirəm ki, bugünkü terror hadisəsindən sonra hər hansı bir reaksiya olacaq. Çünki nə qədər susmaq və özünü heç bir şey baş vermir kimi aparmaq olar? Bilirəm ki, Azərbaycan BMT-nin Baş katibliyinə və Təhlükəsizlik Şurasına muraciət edib. İnanıram ki, nəhayət susqunluq ölü nöqtədən tərpənəcək. Və Ermənistana bunu bağışlamayacaqlar.

Problem ondadır ki, hər şey Ermənistanın istədiyi kimidir. Azərbaycan ərazisində terror aktı törədir və heç bir reaksiya almırlar. Şübhəsiz bu reaksiyaların olmaması Yerevanın terror aktlarını davam etməsinə şərait yaradır. Yerevan beynəlxalq ictimaiyyət tərəfindən dəqiq cavab almalıdır ki, bu cür hallar yol verilməzdir”.

 
Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı