"Atəşkəs" = Qarabağ Azərbaycandır!

01:54 18-10-2020 | icon 2295 | Gündəm
"Atəşkəs" = Qarabağ Azərbaycandır!

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yeni məlumat yayıb.


Məlumatda deyilir:

"Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib".


Maraqlı məlumat və gəlişmədir.



Çünki tərəflər rəsmi olaraq 10 oktyabrdan indiyə qədər onsuz da  "humanitar atəşkəs" prosesində idilər!

Amma atəş heç kəsilmədi!

Azərbaycan cəbhədə irəlilədi. Füzulini, Hadrutu, bir çox kəndləri geri aldı.

Ermənistan isə cəbhədə gerilədikcə, qudurdu və mülki əhaliyə, şəhərlərimizə əlində olan köhnə sovet raketlərini atdı. Dinc əhali arasında təlafat oldu...

Bu gün günortadan hər yerdə xəbərlər yayılıb kj, Ermənistan Azərbaycanın şərtləri ilə atəşkəs istəyir. İşğal altındakı rayonlardan çıxır və çıxacağı barədə də qrafiki təqdim edib...

Paşinyan ağ bayraq qaldırıb, deyə, biz də manşet verdik. Bax:


Belə olacaqsa, nə xoş! Rədd olub gedəcəklər, biz də rayonlarımızı geri alacağıq, gedib oturacağıq, Şuşada!
Olmayacaqsa...

Dəyişən bir şey yoxdur!

Ali Baş Komandanın dediyi kimi, Qarabağdan son erməni silahlısı it kimi qovulana qədər! Şuşaya qədər! Xankəndinə bayraq sancana qədər dayanmayacağıq!

Qarabağ Azərbaycandır!

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...