“Bildik-bilmədik göz idmanı etməyək”

21:42 18-10-2020 | icon 1226 | Sağlamlıq
“Bildik-bilmədik göz idmanı etməyək”

Rəna Bayramova: “Gözlərdə xəstəlik yaranıbsa, göz idmanının xeyri olmayacaq” 

 

“Makula xəstəliyi kimi bir xəstəlik var. Makula - mərkəzi görmə funksiyasına cavabdehdir. Mərkəzi görmə pozulursa, insan oxumaq, üzləri aydın görmək qabiliyyətini itirir”.

 

Bunu qəbuluna gələn pasientlərinin gözlərinə baxmağı xoşladığını vurğulayan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının Pediatr Kliniki dietoloqu RƏNA BAYRAMOVA deyib. Rəna xanım Versus.Az-ın oxucularını Makula xəstəliyi ilə məlumatlandıracaq.

 

Rəna Bayramovanın sözlərinə görə, yaşla bağlı makula degenerasiyası 60 yaşdan yuxarı xəstələrdə görmə itkisinin ən sıx səbəblərindən biridir:

 

“Bu xəstəlik gözün arxa hissəsində yer alan sinir təbəqəsinin görmə mərkəzinin tutulmasıdır. Görmə mərkəzini də əhatə edən bu bölgədə əmələ gələn zədə, həyatı əks tərəfə dəyişir. Retina - gözün arxa hissəsini əhatə edən sinir təbəqəsidir. Bu sinir təbəqəsi çox incədir və görüntünün sağlam bir şəkildə alınmasına imkan yaradır. Retina xəstəliklərində görməyə təsir dərəcəsi, xəstəliyin əmələ gəldiyi yerə görə dəyişir. Misal üçün retinanın kənarlarında, yəni görmə mərkəzindən uzaqda əmələ gələn geniş bir zədə görməyə heç təsir etməsə belə, tam görmə mərkəzini tutan ən kiçik bir xəstəlik nəzərəçarpan bir görmə itkisi ilə nəticələnə bilər. Bu xəstəlik ən çox ağdərili, yuxarı yaş qrupuna aid, siqaret çəkən, hipertoniyadan əziyyət çəkən, artıq çəkiyə malik, qan yağları yüksək olan və Günəş işığına daha çox məruz qalan insanlarda yaranır”.

 

Rəna xanım xüsusi olaraq vurğulayıb ki, ömür boyu həyat tərzimizə, yəni SAĞLAM GİDALANMA və FİZİKİ FƏALLİYƏTə nəzarət etməliyik. Həkimin sözlərinə görə, yanlış gidalanma, lutein, zeaxanthin və digər maddələrin səviyyəsinin aşağı düşməsi və xarici ətraf mühit faktorlarının təsiri səbəbiylə makula vəziyyətinin yaşla birlikdə pisləşdiyi sübut edilib:

 

“Tədqiqatlar göstərir ki, əvvəlcə makula dejenerası olan, düzgün gidalanmaya başlayan, lutein və zeaxanthin əsaslı vitamin qəbul edən insanlar vəziyyətlərini yaxşılaşdırıblar və ya heç olmasa xəstəliyi sabitləşdiriblər. Göz sağlamlığı üçün pəhrizinizə həm yerkökü, həm də çiyələk daxil edin. Mən bir həkim və qidalanma mütəxəssisi olaraq, lutein, zeaxanthin tərkibində çox olan məhsullardan göz patologiyaları üçün pəhrizlər yazmağa çalışıram. Üstəlik, meqapolis iqlimimizdə soyuq aylarda çətindir. Ancaq gözlər il ərzində mütəmadi olaraq qorunmalıdır”.

 

Həkim onu da qeyd edib ki, bir çoxlarının bildi-bilmədi göz idmanına üstünlük verməsi düzgün deyil. Belə ki göz idmanı göz xəstəlikləri yaranmayanadək keçərli sayılır:

 

 

“Göz idmanının göz xəstəliklərində və göz xəstəliklərinin qarşısının alınmasında gözlər üçün mühüm rolu olmur. Yəni artıq gözlərdə xəstəlik yaranıbsa, göz idmanının xeyri olmayacaq.

Gözlər eyni zamanda bir çox daxili xəstəlikdə nələrin baş verdiyini göstərir. Gözlər, məsələn, DİABET ilə bütün bədəndə nələrin baş verdiyini göstərir. Müxtəlif diaqnostik cihazlar retinada baş verənləri "aşkarlaya" bilər”.

 

R.Bayramova bildirib ki, retina beyində, ağciyərdə və ya sinir sistemində meydana gələn bir prosesi əks etdirir:

 

Retinal telangiektaziya əsasən torlu qişanın damar və iltihabi xəstəlikləri ilə birlikdə rast gəlinir. Belə ki xroniki neyrodegenerativ proseslər, damarların iltihabi xəstəlikləri, kapillyarlarda okkluziya və genişlənmə kimi dəyişikliklər torlu qişanın xarici nüvə qatının dağılmasına, ellipsoid zonanın itməsinə və psevdolamellyar makulyar dəliyin formalaşmasına, daxili qatlarda isə sistlərin və boşluqların əmələ gəlməsinə səbəb olur. Histopatoloji müayinədə perisitlərin itməsi, teleangioektatik damarlar, ətrafı retinal piqment epiteli hüceyrələri ilə sarınmış, genişlənmiş venulaların düz bucaq altında torlu qişanın dərin qatlarına keçməsi görünür. Xəstələrdə teleangioektatik damarlar nahiyəsində eksudatlar, hemorragiyalar, subretinal neovaskulyarizasiya, gecikmiş mərhələlərdə diskformalı fbroz inkişaf edə bilər.

 

 

Klinik bir qidalanma mütəxəssisi olaraq hər zaman pasientlərimin gözlərinə baxıram. Asanlıqla fərqlənə bilən ANEMİYA ilə yanaşı başqa bir daxili xəstəlikdən şübhələnirəmsə, pasientimi öncə oftalmoloqa yönləndirirəm. Əgər şübhələndiyim diaqnoz qoyularsa, ona uyğun da dieta yazıram. Çünki hətda xəstənin yüksək qan təzyiqi, yüksək xolesterolu varsa, retina reaksiya verir”.

 

Rəna xanım vurğulayıb ki, görmə qabiliyyətinə təsir etməyən göz xəstəlikləri də var. Bunlar konyunktivit - gözün birləşdirici membranının iltihabı; konjunktiva, əksər hallarda allergik reaksiya və ya infeksiyaya səbəb olur; virus, daha az bakterialdır:

 

“Konyunktivitin üç əsas simptomu var: birincisi, xəstənin səhər yuxudan oyandıqdan sonra gözlərini açması çətindir, çünki gecə ərzində kirpiklər bir ifrazatla birlikdə yapışdırılır; ikincisi, göz qapaqları çox şişir; üçüncüsü, göz qızarır və şişir. Buna baxmayaraq, xəstəlik səthi və görmə qabiliyyətinə təsir göstərmir”.

 

Həkim deyir ki, qaraciyərdə problem olduqda, onu gözlərə baxmaqla müəyyən edə bilir:

 

“Qaraciyər dolayı yolla, deyək ki, üz dərisindən və ya gözlərin yanındakı dişlərdən çox daha əhəmiyyətli bir rol oynayır. Çünki qaraciyər zəif maddələr mübadiləsindən başlayaraq qeyri sağlam gidalanma - öncə xolesterolun mübadilə pozulmasına, sonra da ateroskleroza gətirib çıxardır! Bu tip processlər hər zaman görməyə pis təsir edir. Qaraciyər yağ metabolizmasını idarə edir və pozulursa, Göz YAŞIN Tərkibini dəyişir bu da MEYBOMİYA vəzlərinin funksiyasını pozur. Meybomiya vəzin disfunksiyası GÖZ narahatlığının və Yorğunluğun əsas səbəbidir”.

 

 

Rəna xanım yanlış gidalanma səbəbiylə ortaya çıxan Xanthelasma göz qapaqları xəstəliyindən də bəhs edib. Bildirib ki göz qapaqlarının ksantelazması ən çox görülən dəri ksantomasıdır:

 

“Üst və alt göz qapaqlarının daxili küncündə daha çox sarımtıl lövhə böyümələri şəklində özünü göstərir. Bunlar tək və ya çox, sərt və ya yumşaq ola bilən və ən çox simmetrik olaraq düzülmüş xolesterolla zəngin qruplardır. Ksantelazmanın görünüşü ən çox artıq çəki, piylənmədə, hiperlipidemiya (qandakı "pis" yağların səviyyəsinin artması) fonunda inkişaf edir ki, bu da bildiyiniz kimi çox vaxt qaraciyər xəstəlikləri ilə müşayiət olunur. Xanthelasma, TİROİD (zob) disfunksiyası, DİABET ilə də əlaqəli ola bilər.

Başqa sözlə, GÖZLƏR sağlamlığınızdır, gözlər haqqınızda öyrənməyimə çox kömək edəcəkdir. Əbəs yerə "Gözlər Ruhun aynasıdır" deməyiblər.

 

DİQQƏT!

 

Təklif edirik ki, etibarlı dietoloqlarla sağlam arıqlamağa önəm verəsiniz. Bunun üçün bizim seçimimiz Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkimi, Kliniki Dietoloq Rəna Bayramovadır. Buyurun, siz də əlaqə saxlayın:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95


MOB: (055) 254-05-03

 

WhatsApp: +970-567-874-745

 

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...