“Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir”

12:03 19-10-2020 | icon 261 | Siyasət
“Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir”

Mustafa Şentop: "Müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq"

 

“Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

 

O deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub:

 

“Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.

 

TBMM sədri bildirib ki, Ermənistanın Gəncəyə hücumu müharibə cinayətdir:

 

“Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındadır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol