“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib

12:43 19-10-2020 | icon 701 | Mədəniyyət
“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib

Dövlət müstəqilliyi tarixi, həmçinin müasir dövrdə dövlətimizin uğurlarından danışılıb

 

Oktyabrın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunmuş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə açılan tədbirdə SƏS TV-nin hazırladığı Azərbaycan Respublikasının dövlət müstəqilliyi tarixi, həmçinin müasir dövrdə dövlətimizin uğurları barədə kadrlardan ibarət videoçarxın nümayişindən sonra Vətənimiz uğrunda şəhid olanların əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirin rəsmi hissəsində çıxış edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbir iştirakçılarını salamlayaraq, “Ulu öndər Heydər Əliyev: “Müstəqil Azərbaycan naminə!”” adlı məruzəsini təqdim edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan müstəqilliyi uğrunda olan həlledici fəaliyyəti, həmçinin cənab Prezidentimiz, Ali Baş komandan İlham Əliyevin aktiv siyasəti dövründə qazanılan uğurlardan bəhs edərək, müasir Azərbaycanın üzləşdiyi müharibə şəraitində cənab Ali Baş komandanın torpaqlarımızın azadlığına yönəldilmiş siyasətinə və ordumuzun gücünə inandığını bildirib.

       

“Azərbaycan sikkələri əsas dövlətçilik rəmzidir” adlı məruzə ilə çıxış edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova müasir dövrümüzdə dövlətimizin məqsədyönlü siyasəti nəticəsində üzləşdiyimiz ağır və məsuliyyətli sınaqlardan azad olunacagına inandığını bildirib və Azərbaycan sikkələrinin bütün tarixi dövrləri təmsil edən önəmli faktiki tapıntılar olduğunu vurğulayıb.

Məruzəçi dövlətçiliyin başlıca rəmzi olan sikkə zərbi hüququnun məhz Azərbaycan sikkələri ilə təmsil edildiyini və müstəqil Azərbaycanın numizmatik irsinin tədqiqi, təbliği sahəsində əldə edilmiş uğurlardan danışıb.

 

Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şuarsının sədri, t.ü.f.d. Sevinc Nəsirova “Qanla yazılan tarix” adlı məruzəsində müasir dövr hadisələrinə toxunaraq, xalqımızın müstəqilliyinin əldə edilməsində canlarından keçən Vətən oğullarımızın rəşadətindən bəhs edib. O, suverenliyin bərpasında xüsusən gənclərin fəal olduğunu vurğulayıb və gələcək qələbələrə inandığını qeyd edib.

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov “Milli azadlıq hərəkatı və dövlət müstəqilliyimiz” adlı məruzəsində Azərbaycan xalqının milli azadlıq hərəkatı tarizinə nəzər salaraq, 20 yanvar hadisələri və respublikamızda erməni separatizminə qarşı xalqımızın həmrəyliyinə toxunub. Məruzəçi SSR-nin dağılması və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrundakı mübarizə barədə məlumat verib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”