Xalqın günahı...

21:06 19-10-2020 | icon 5846 | Kürsü
Xalqın günahı...

Xalqla dövlətin birliyini heç nə parçalaya bilməz

 


Bəybala Mirzəyev

 
 
Dünən baş verən Gəncə soyqırımında kim günahkardır: erməni xalqı, yoxsa erməni siyasətçiləri?


Yazının başlığında "xalq" deyərkən erməniləri nəzərdə tutmuşam. Hərçənd ki, bu son hadisələrdən sonra heç bilmirəm onlara xalq demək olarmı yoxsa yox. Ancaq bu gün tarixçi, yazıçı, bloger və politoloqlarımızın bəzilərinin şərhlərindən, açıqlamalarından belə başa düşdüm ki, onlar Gəncənin vurulması əmrini vermiş Paşinyan və Tonoyandan fərqli olaraq erməni xalqını bu hadisələrdə günahkar hesab etmirlər.

 
Bəzi ziyalılarımız isə hələ də ermənilərin arasında bir humanist düşüncəlisinin tapılacağına və onun meydana atılıb bütün millətçi erməniləri, davakar Ermənistan hakimiyyətini durduracağına ümid bəsləyirlər. Məsələn dəyərli araşdırmaçı alimimiz Nəsiman Yaqublunun bu mövzuda bir yazısını oxudum. O qeyd edir ki, "ermənilər yenə vəhşi xislətlərini ortaya qoydu: doğma Gəncə şəhərimizə raket atıb insanlara qarşı qətliam törətdi. Maraqlıdır ki, bu xalqın içərisindən bir humanist düşüncəlisi ortaya çıxıb öz millətinə dinc insanları qətlə yetirməmək çağırışını söyləmir. Necə ki, Xocalı soyqırımında susdular, elə indi də susurlar. Bu xalq düşünmür ki, ətraf dövlətlərlə düşmənçilik münasibətində olmaq onun gələcək mövcudluğunu şübhə altına almaqdadır".


Gördüyünüz kimi kiçik abzasın sonunda Nəsiman müəllim özü də bu acı həqiqəti qəbul edir ki, erməni xalqından müdrik addım və sağlam təfəkkür gözləmək olmaz.


Elşən Nizamov adlı dostumuz isə öz paylaşımlarından birində belə bir sualla müraciət edib: "GƏNCƏnın vurulmasının xeyir duasını kim verib?"


Etiraf edim ki, maraqlı sualdır. Amma cavab isə ondan da maraqlıdır. Elşən bəy yazır ki, "erməni dindar millətdir. Eçmiədzin fətva verməsə, kim olur olsun, onları Gəncəni vurmağa məcbur edə bilməz".


Burdan belə başa düşülür ki, günahkar erməni xalqı yox, erməni kilsəsidir. Amma mən bu paradiqma ilə də razı deyiləm. Çünki erməni xalqı öz kilsəsi üzərində hakimdir. Erməni kilsəsi yeganə kilsədir ki, hansısa ümumi bir dini mərkəzə (məsələn, Vatikana) yox, yalnız öz xalqına, öz icmasına tabedir. Ona görə də, dünyada erməni kilsəsindən başqa ikinci bir qriqoriyan kilsəsi yoxdur. Və bu kilsə ümumbəşəri dəyərlərdən deyil, daim erməni millətçiliyindən qidalanır və qarşılıqlı olaraq erməni millətçiliyini qidalandırır.


Bu mənada bəlanın, faciənin kökü erməni kilsəsində yox, erməni millətinin özündə, öz xislətindədir.


Dövlət başçımız və siyasətçilərimiz də erməni xalqının nə vaxtsa müdriklik göstərəcəyinə, öz barbar, terrorçu rəhbərlərini cəzalandıracağına əsla inanmasınlar. Erməni xalqından belə bir müdrikliyi qətiyyən gözləməyək. Çünki həmin o canavar xislətli Robert Köçəryanları, Serj Sərkisyanları, Seyran Ohanyanları, Arkadi Qukasyanları, Samvel Babayanları, Araik Arutyunyanları, tülkü xislətli Ter-Petrosyanları, Vardan Oskanyanları, Nikol Paşinyanları, Zöhrab Mnasakanyanları da başqa bir xalq yox, məhz erməni xalqı doğub, törədib.


Gəlin birdəfəlik başa düşək ki, bu xalq normal siyasətçi, adekvat lider yetişdirməyə qadir xalq deyil. Erməni xalqı özü necədirsə siyasətçiləri də elə o cürdür. Meyvə heç vaxt öz ağacından uzağa düşə bilməz. Siyasətçilər də həmçinin öz xalqının naqisliklərindən qurtula bilməzlər. Erməni siyasətçiləri də öz xalqının qazanında bişməkdədir. O qazanın içində nələrin qaynadığını isə siz hamınız yaxşı bilirsiniz.


Gürcülər isə erməniləri bizdən də yaxşı tanıyırlar. Gürcü bloger Anna Bagrationinin ermənilər haqda söylədiyi bir sözə diqqət edin:

"Bütün dost xalqların arasına soxulcan və parazit kimi soxulan yeganə xalq sizsiniz" ("Единственный народ, который как паразит и червь засел среди дружественных стран - это вы").


Gördüyünüz kimi gürcü dostlarımız ermənilərin nə vaxtsa düzələ biləcəklərindən əllərini birdəfəlik üzüblər. Çünki onlar hay xislətinə dərindən bələddirlər.


Bizimsə ermənilərin yaxşı millətə çevriləcəyi barədə hər hansı bir ümidlər bəsləməyimiz ümumiyyətlə absurddur. Çünki ermənilər Güney Qafqazda heç kimə bizə etdikləri qədər zülm etməyiblər. Nə fars, nə rus, nədəki gürcülər ermənilərdən bizim qədər pislik görməyib.


Odur ki, heç olmasa bundan sonra ayılaq. Üllüziyalarla yaşamayaq.


Axı iblislər dönüb mələk ola bilməzlər! (Hərçənd ki, İblisin özü də vaxtilə mələk olub). Terroru canına hopdurmuş ermənilər də bundan sonra heç vaxt dinc millət ola bilməzlər!


Bu ki aksiomadır...

İnanmırsınız?

Mənə inanmırsınızsa, bir zəhmət, açın onların axşam Gəncədəki hadisə yerindən canlı yayım edən "Haber Global" televiziya kanalının yayımının altında yazdıqları rəylərə baxın. Çəyirtkə kimi, goreşən kimi doluşmuşdular canlı yayımın rəy bölümünə.


Siz təsəvvür edin, bizim müsibətimizdən bəhs edən canlı yayımın rəy bölümü sanki total şəkildə ermənilərin hücumuna, axınına məruz qalmışdı. Onların rəylərinə baxsanız dəhşətə gələrsiniz. Necə sevinirdilər, İlahi?!


Acımıza gülürdülər. Söyüş, təhqir dolu rəylər yazırdılar. Bir-birilərini təbrik edirdilər. Hətta Bakını da "İskəndər" raketləriylə vuracaqlarını bildirirdilər...


Baxın, həmin rəyləri yazan ermənilər siyasətçi, filosof, bloger, alim ermənilər deyildi. Onlar adi, sıravi ermənilər idi. Bu isə onu isbat edir ki, bu gün təkcə erməni siyasətçiləri deyil, bütün ermənilər terrorist ovqatına kökləniblər.


Dünən Gəncədəki müsibətimizə sevinən bir topluma xalq, millət, etnos demək olmaz. Onlar sürüdürlər. İki milyonluq yırtıcı sürüsü, goreşən sürüsü. Biz həm özümüzü, həm də bütün Qafqazlıların canını bu sürüdən xilas etməliyik!


Bu da bizim missiyamızdır!

Ona görə də Əvəz Ağayev adlı bir Fb istifadəçisinin yazdığı belə bir rəylə tamamilə razıyam ki, "Ermənistan Gəncəyə qarşı teror aktını təkrarlamaqla bir dövlət kimi özünü tamamilə dəfn etdi və Qarabağ ermənilərinin orda qalmaq ümidlərini də həmişəlik öldürdü" (Армения повторяя этого террористического акта по отношению Гянджи окончательно похоронила себя как государство и убила последнюю надежду карабахским армянам остоватся там!).


Sonda qocaman yazıçımız Seyran Səxavətin bir sitatını təqdim etmək istəyirəm:


“Bəs pis xalq necə olur? İndi mənə deyərlər ki, burda xalqın nə günahı var? Mən də deyirəm ki, xalqın günahı odur ki, Gəncəyə birinci dəfə raket atanda erməni xalqı səsini qaldırdıb dedimi ki, ay mənim dövlətim, belə şey etmə? Yəni Xocalı soyqırımından sonra erməni xalqı nə vaxt səsini qaldırıb dövlətinin etdiyinə etirazını bildirib? Bu xalq susursa, deməli onlar da cinayətkar, terrorçu dövlətlə əlli-əlliyə şərikdir. Bir ailədə, nəsildə hamı yaxşı olmur axı, içində bir alçağı da olur, düzdümü? Yer üzü də böyük, nəhəng bir ailədir və burda o qədər yaxşılar, gözəllər var, ancaq alçaqlıq, binamusluq, bişərəflik, qaniçənlik, namərdlik murdarlıq ermənin payına düşüb. Bu isə erməninin missiyasıdır. Ona görə deyirəm ki, ermənilər pis xalqdır".

 
Gəncənin vurulmasının gerçək səbəbi...
 
 
Səbəb heç də bir çoxlarının iddia etdiyi kimi Gəncəni vurmaqla Azərbaycanı Ermənistana zərbə endirməyə təhrik etmək və bununla da Rusiya başda olmaqla KTMT-ni müharibəyə cəlb etmək deyil. Bu çeynənmiş variantdır. Amma əsl səbəb isə zənnimcə daha ciddi və daha məkrlidir. Söhbət Gəncəni davamlı vurmaqla böyük qırğınlara səbəb olmaq və nəticədə xalqın hakimiyyətdən narazılığını artırmaq, xalqla dövlət arasında, xalqla Ali Baş Komandan arasında uçurum yaratmaq, parçalanmaya səbəb olmaqdır.
 
 
Onlar belə hesab edir və ümid bəsləyirdilər ki, Gəncənin birbaşa Ermənistandan dağıdıcı raketlərlə davamlı vurulmasından sonra Azərbaycanda xalq ayağa qalxacaq, kütləvi etiraz aksiyalarına başlayacaq və hakimiyyətdən Xankəndini vurmağı yox, ümumiyyətlə müharibəni dayandırmağı tələb edəcək, İlham Əliyev isə hakimiyyətini itirməmək üçün xalqın bu tələbi ilə razılaşıb müharibəni dayandırmağa məcbur olacaq və beləliklə, qondarma "Dağlıq Qarabağ Respublikası" məğlubiyyətə uğramaqdan xilas olacaq.
 
 
Baxın, hədəf bu imiş. Onlar Gəncəni üç dəfə dalbadal məhz bu amacla qadağan olunmuş raketlərlə vurdular.
 
 
Amma nə xoş ki, özlərini həddindən artıq ağıllı hesab edən ermənilər bu dəfə də yanıldılar. Onlar bu bombardmanların nəticələrini öncədən düzgün hesablaya bilməmişdilər. Onlar hesablarında yanıldılar. Nəticələr tam tərsinə oldu. Azərbaycan xalqı (və xüsusən də gəncəlilər) erməniləri yanıltdı, peşman etdi.
Xalqımız parçalanmadı, gəncəlilər erməniləri sevindirmədi. Hətta dağıntılar altından çıxan yaralı, üstü-başı toz-torpaqlı gəncəlilər də ermənilərin var-yoxuna söydü, "Qarabağ Azərbaycandır!" hayqırdı.
 
 
Bax bu nəticəni ermənilər heç gözləmirdilər. İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsinin) ilk günündən - 27 sentyabrdan başlayaraq Azərbaycan xalqı Dövlətimiz və Ordumuzla birlik-bərabərlik əzmi nümayiş etdirməklə erməniləri necə şoka salmışdısa, Gəncə qətliamlarından sonra da insanlarımızın eyni ruh, eyni düşüncə, eyni həmrəyliklə Dövlətin və Ordunun yanında olmağa davam etməsi düşmən tərəfi həm heyrətləndirdi, həm də dilxor etdi. Beləliklə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məkrli planı suya düşdü.
 
 
Sonuncu bombardmandan sonra çoxlu sayda erməni gənclərinin it sürüsü kimi Gəncədə hadisə yerindən canlı yayım edən türk telekanallarının reportajlarının rəy bölümünə doluşub murdar xislətlərinə uyğun rəy yazmaqları, bizə qarşı kin, nifrət qusmaqları da boşuna zəhmət təəssüratı bağışladı. Bütün bu erməni iyrənclikləri gözlənildiyinin əksinə olaraq xalqımızı daha da sıx birləşdirdi və düşmən ölkəyə qarşı qəzəbimizi ikiqat artırdı.
 
 
Beləliklə, ermənilər "bumeranq effekti" ilə üzləşdilər. Paşinyan və onun ideoloqları biz azərbaycanlıların ermənilərin nə vaxtsa yaxşı qonşu ola biləcəklərinə bəslədiyimiz sonuncu ümidləri də məhv etdilər və hamımızda Qarabağ müharibəsinin tam qələbəyə qədər davam etdirilməsinin yeganə çıxış yolu olduğu qənaətini daha da möhkəmləndirdilər.
 
 
Tigran Madoyan kimi blogerlər, Yeva Adamyan kimi faşist ruhlu jurnalistlər isə Azərbaycanın mülki əhalisinin təkrar-təkrar bombalanmasının vacibliyi haqda şərhlər yazıb, paylaşımlar etməklə bütün ermənilərin necə qəddar, yırtıcı xarakterə malik olduqlarını bir daha ortaya qoydular.
Əslində bu canavarlara bir təşəkkür borcumuz var. Çünki canavar Madoyanları, Adamyanları, adamyeyənləri gördükcə indi Şanlı Ordumuzun qədrini daha çox bilməyə başlayır və Ali Baş Komandana axıra qədər dəstək verməyimizin vacibliyini daha aydın dərk edirik.
 
 
Mən bu adamyeyən varlıqların, türk qanına, azərbaycanlı canına susayan erməni köpəklərinin paylaşımlarının skrinlərini aşağıda (rəy bölümündə) yerləşdirəcəm. Siz də o postları diqqətlə oxuyun və hər kəsə göndərin. Göndərin ki, qoy hər bir azərbaycanlı qarşımızdakı yağı düşməni daha da yaxından tanısın və bundan sonra Ordumuza əvvəlkindən də ikiqat artıq əzmlə dəstək versin.
Ulu tarix bizə erməniləri darmadağın etmək, torpaqlarımızı işğaldan azad etmək və millət olaraq, ölkə olaraq bütövləşməyimiz üçün üçüncü dəfə şans verir.
 
 
Kim bilir, bəlkə də bu şans həm də sonuncu şansımızdır. Odur ki, biz bu şansı əsla qaçırmamalıyıq. Düşməni tam və qəti şəkildə məğlub etməliyik. Bununsa yolu milli birlikdən, həmrəylikdən keçir.
Quduzlaşmış erməni xalqını və ağlını itirmiş erməni siyasətçilərini gəldikləri yerə qədər qovmaq və ağıllandırmaq bizim üzərimizə düşər. Erməni xalqının öz günahlarının bədəlini ödəməsinin zamanı çatıb.
 
 
Bizi nə bombardmanlar, nədəki teraktlar panikaya sala bilməz. Xalqla dövlətin birliyini heç nə parçalaya bilməz.
 
 
O ki qaldı KTMT-nin və Rusiyanın qotur Ermənistana görə savaşa qoşulacağına, buna görə isə əsla narahat olmamalıyıq. Rusiya buna getməyəcək. Niyə getməyəcək, bunun da bir çox səbəbləri var. Amma səbəb nə olursa-olsun, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü, hərbi ekspet və politoloq Aleksandr Perenciyevin də “Vzqlyad” qəzetinə açıqlamasında bildirdiyi kimi, hətta “Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”.
 
 
Odur ki, indi hamımız diqqətimizi və gücümüzü əfi ilanın - erməniçiliyin (panermənizmin, daşnakçılığın, "Böyük Ermənistan"çılığın) başının əzilməsi üçün səfərbər etməliyik!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI