27 illik həsrətdən yeni ümid doğur

09:55 20-10-2020 | icon 125 | Cəmiyyət
27 illik həsrətdən yeni ümid doğur

QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA

 

İşğal altındakı torpaqlarımızın azad edilməsi fonunda hər gün vətəndaşlarımızın yeni arzuları, yeni xatirələri ilə bağlı paylaşımlar üzə çıxır. 

 

Kimi indiyədək bir ümidlə saxladığı açarını çıxarır, kimi başqa əşyalarını…

 

Belə ümid dolu paylaşımlardan biri də Rəşad Əlizadənin babasından yadigar qalan maşınla bağlı olub

 

O, xatirəsi ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

 

R.Əlizadənin sözlərinə görə, Kəlbəcərdən qaçqın düşəndə QAZ-69 markalı maşınla çıxıblar:

 

“Mən və ailəm Kəlbəcərdən bu QAZ-69-la köçkün düşmüşük. Maşın 1961-ci il istehsalıdır. 1993-cu ildən bu günə kimi bir dəfə də olsun mühərriki işə salınmayıb. Açığı, o halda da deyil artıq…

 

İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.

 

“27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu dördqapılı QAZ-69-u Kəlbəcərə getmək üçün təmirə aparıram.

 

Mən ömrümün beş ilini Kəlbəcər kimi cənnətdə yaşamışam və o beş ilin davamını yaşamağa bu maşınla gedəcəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, maşının indiyədək yürüşü cəmi 67 min kilometrdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI