”Dinc əhalini hədəf alan bu terror dövlətinə qarşı susulacaqmı?”

11:59 20-10-2020 | icon 260 | Siyasət
”Dinc əhalini hədəf alan bu terror dövlətinə qarşı susulacaqmı?”

“Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu deyib və bunu sübut edib. Bəzi dövlətlər Ermənistana gizli şəkildə kömək etmək yerinə, ədalətli qərarın verilməsinə vəsilə olmalıdırlar”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

 

O bildirib ki, Ermənistan kimi quldur dövlət Moskvada qəbul edilən humanitar atəşkəs rejimi bəyannaməsini heçə sayaraq, sivil əhalini hədəf almağa davam edib:

 

“Ermənistan Azərbaycanın mülki əhalisini, obyektlərini hədəf aldı. Dinc əhalini hədəf alan bu terror dövlətinə qarşı susulacaqmı? Ermənistan artıq regionda təhlükə deməkdir. Ermənistana uzun illərdir qol-qanad gərən, günahsızları öldürən bu quldur dövlətə dəstək verənlər bir daha düşünməlidir.

 

Bu gün haqsızlığa göz yuman, oda-köz atanlar var. Ermənistana gizli şəkildə kömək etmək yerinə, ədalətli qərarın verilməsinə vəsilə olmalıdırlar.

 

Bu gün buna göz yumanlar gəlcəkdə ağır nəticələrlə qarşılacaqlar. Hər kəs bilsin ki Ermənistan masada kimdən dəstək alırsa-alsın, Azərbaycan öz torpaqlarının hər bir qarışını terrorçu dövlətdən azad edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan daha 30 il səbr etməyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür