“Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”

12:02 20-10-2020 | icon 257 | Siyasət
“Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”

Mustafa Şentop: "Qarabağın aid olduğu yerlərə, əsl sahibinə qaytarılması üçün..."

 

“1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını çatdırmaq istəyirəm”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir.

 

M.Şentop qeyd edib ki, Qarabağın aid olduğu yerlərə, əsl sahibinə qaytarılması üçün türk xalqı dua edir:

 

“100 il öncə vətənimizin bir hissəsi işğal altında olanda, istiqlal şüarı altında milli mücadiləmizə başlayan Türkiyə Böyük Millət Məclisi zəfərə qədər Azərbaycanla bərabərdir. Biz Azərbaycanın şanlı mübarizəsinə tam dəstək veririk. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəlmişik. Bir kərə yüksələn bayraq, bir daha enməz deyirik”.

 

TBMM sədri Azərbaycana yönələn Ermənistan hücumlarını pislədiyini və bu hücumların nəticəsində şəhid olanlara Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”