“Si vis pacem, para bellum” - Sülh istəyirsənsə, müharibəyə hazırlaş!

14:19 20-10-2020 | icon 337 | Siyasət
“Si vis pacem, para bellum” - Sülh istəyirsənsə, müharibəyə hazırlaş!

Dinarə Məmmədova: "Sülh və müharibə seçimində ermənilər müharibəni seçdilər"

 

"Azərbaycan xalqı sülhsevər, qonaqpərvər xalqdır. Çünki bu Azərbaycan xalqına məxsus xüsusiyyətlərdən gəlir. Uşaqlıqdan biz görmüşük ki, böyüyə, ağsaqqala hörmət, imkansıza əl tutmaq, ən yaxşı neməti qonaq üçün saxlamaq, əlilə və xəstəyə yardım etmək, aman istəyəni bağışlamaq və sair kimi insanlıq xüsüsiyyətlərə malikik".

 

Bu barədə Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova danışıb.

 

Dinarə xanım bildirib ki, bu xüsusiyyətlər insanların davranışında, məişətində, qarşılıqlı münasibətlərində illərlə tətbiq olunaraq bu günümüzə gəlib çatıb. Onun sözlərinə görə, insana humanist münasibəti bir çox sahədə xalqın davranışında, əməlində, adət-ənənələrində özünü göstərir:

 

"Çox vaxt kənardan gələnlər bunu daha yaxşı görürlər. Azərbaycana gələn qonaq xalqımızın insanpərvərliyini, humanistliyini, böyük hisslərə sahibliyini daha tez hiss edir. Xeyirxahlıq, hamıya yaxşılıq hissi xalqımızın xüsusiyyətidir. Peyğəmbərlərimiz də xeyirxahlığı, yaxşılığı, insana məhəbbəti təbliğ edirlər: "Allah o insanları sevir ki, onlar başqasına, xalqa, cəmiyyətə fayda verməkdən çəkinmir, təmənnasız yaxşılıq edir, günahsız adamları incitmir, onlara əzab-əziyyət vermir, daim yaxşılıq etməyə, xidmət və qulluq göstərməyə, əl tutmağa çalışır. Məhz bu kimi cəhətlər xeyir sayılır və islam dinində təbliğ olunur.”

Amma əsirlər boyu digər xalqlar bizim bu insanlıq xüsusiyyətlərdən öz maraqlarına uyğun istifadə ediblər. Xüsusilə də bu mənfur ermənilər. Azərbaycanın tarixi torpaqlarına gəlmə xalq bizi torpaqlarımızdan didərgin ediblər. Bizim torpaqlarımızın hesabına özlərinə Ermənistan adlı bir respublika yaradıblar. Bu yaxşılığı bilməyən, qudurmuş ermənilər Azərbaycanın digər ərazilərinə göz tikmişdilər. 30 ilə yaxın idi ki, erməni-faşıstləri torpaqlarımızı işğal etmişdilər. Bizim qədimi torpaqlarımıza qonaq kimi gələrək bizi “qonaq” adlandırdılar. Bizim adət-ənənələrimizi, mədəniyyətimizi və sözlərimizi özünkiləşdirdilər".

 

30 ilə yaxındır ki, Azərbaycanın Ermənistanı sülhə dəvət etdiyini vurğulayan Dinarə xanım sülhsevər xalq kimi Şəhidlərimizin sayının çoxalmasını istəmədiyimiz kimi digər millətlərə də bunu arzulamadığımızı qeyd etdi:

 

"Bunu başa düşmədilər. Biz 30 ilə yaxın sülh istəyərək, ordumuzu gücləndirirdik. Çünki biz işğalla barışmamışdıq. Biz sülh istiyərək müharibəyə hazırlaşırdıq. İndi isə ordumuz “Sülhə məcbur” əməliyyatları keçirərək, işağlda olan torpaqlarımızı azad edir. Mənfur ermənilər nə istəyirdilər, onu da aldılar. Sülh və müharibə seçimində, müharibəni seçdilər.

Bu 30 il ərzində bizi “sındırmaq” istədilər, işğalnan barışacağımızı, gücsüzliyimizi xalqın beyninə yeridirdilər. Amma bu alınmadı. Çünki Azərbaycan  xalqında xeyirxahlıq, nəcibliklə yanaşı, mərdlik də var!

Qarabağ Azərbaycandır!"

 

LƏMAN
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı