Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

14:30 20-10-2020 | icon 1096 | Gündəm
Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

Ermənistandan daha bir mənfur addım

 

Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır.

 

Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq, müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər:

 

“Həmçinin, vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...