DEPUTAT: "Tariximizdə yeni şanlı, şərəfli səhifələr yazılır"

17:04 20-10-2020 | icon 461 | Siyasət
DEPUTAT: "Tariximizdə yeni şanlı, şərəfli səhifələr yazılır"

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.

 

Versus.Az xəbər verir ki, öncəbhədə yaşananlara, ordumuzun zəfər yürüyüşünə toxunan Qənirə Paşayeva, tariximizdə yeni şanlı, şərəfli səhifələr yazıldığını qeyd edib.

 

O, son yüz ildə zorla əlimizdən alınmış torpaqların ilk dəfə bu miqyasda azad edildiyinə vurğulayaraq, cənab Ali Baş Komandan başda olmaqla, Silahlı Qüvvələrimizə, qəhrəman hərbçilərimizə minnətdarlıq edib. “Şəhidlətrimizin ruhu qarşısında, onların ailələrinin qarşısında baş əyirəm!” deyən Millət vəkili, sərhəd kəndlərində yaşayan, top, raket atəşlərinə, dağıntılara baxmayaraq, öz el-obasını tərk etməyən sakinlərimizin də fədakarlıq və mərdanəlik nümayiş etdirdiyini söyləyib.

 

Qardaş Türkiyənin, qardaş Pakistanın dövlət rəhbərliyinə, Millət vəkillərinə, media nümayəndələrinə təşəkkür borcumuz olduğunu vurğulayan xanım Millət vəkili, terrorçu, qaniçən Paşinyanın öz haqq etdiyi cəzanı alacağına ümid etdiyini söyləyib.

 

Qənirə Paşayeva, çıxışının sonunda Azərbaycan həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması üçün bütün dünya azərbaycanlılarını, özəlliklə Rusiyada yaşayan soydaşlarımızı daha da fəal olmağa çağırıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol