Ali Məhkəmədən erməni terroru ilə bağlı BƏYANAT

20:30 20-10-2020 | icon 465 | Müharibə
Ali Məhkəmədən erməni terroru ilə bağlı BƏYANAT

Azərbaycan Respublikasının Ali Məhkəməsi bəyanat yayıb.

 

Məhkəmədən verilən məlumata görə, bəyanatda deyilir:

 

“Ermənistan Respublikasının silahlı birləşmələri 17 oktyabr 2020-ci il tarixində gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının ikinci şəhərinə - tarixi Gəncə şəhərinə yenidən raket zərbəsi endiriblər.

 

Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktları nəticəsində beşi uşaq olmaqla 15 mülki şəxsin öldüyü və 57 nəfərdən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Mülki itkilərlə yanaşı, mülki infrastruktura ciddi şəkildə ziyan dəyib.

 

Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bildirir. Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə qarşı deyil, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirmək öhdəliklərini bir daha təsdiqləyir.

 

Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində, son həftələrdə Azərbaycanın silahlı qüvvələri Cəbrail, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

 

Beynəlxalq ictimaiyyəti Gəncə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırım törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

 

Ərazi bütövlüyünü bərpa etmək və Dağlıq Qarabağ və bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi