"Ordumuza və Ali Baş Komandanımıza təşəkkürlər"

12:19 21-10-2020 | icon 406 | Siyasət
"Ordumuza və Ali Baş Komandanımıza təşəkkürlər"

Əlisahib Hüseynov: "Ordumuzla birlikdə tarixi yeni başdan yazmağa davam edin"

 

"Şanlı Ordumuz və qəhrəman Ali Baş Komandanmız bizə növbəti zəfər sevincini yaşatdı - Vətənimizin çox gözəl bir parçası olan Zəngilan şəhəri və bir sıra kəndlər düşmən tapdağından azad edildi. Beləliklə, böyük Qələbə gününə bir addım da yaxınlaşdıq. O gün uzaqda deyil".

 
 
Versus.Az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov "facebook" hesabında paylaşım edib.
 
 
 
Əlisahib Hüseynov fürsətdən istifadə edib həm igid əsgərlərimizə, həm də Ali Baş Komandana bütün MHP-çilər adından və öz adından təşəkkürlərini ifadə edib:
 
 
"Sağolun ki, siz bizə, bütün azərbaycanlılara bu sevincli anları yaşadırsınız! Cənab Prezident, sizin böyük fəxrlə və xoşbəxtlik hissilə canlı yayımdan və Tvitter üzərindən xalqa çatdırdığınız qələbə xəbərləri bu gün bütün Azərbaycan ailələrində fərqli bir ovqat yaradır və hər bir azərbaycanlının evində misilsiz sevinc, bayram anlarının yaşanmasına səbəb olur.
 
Siz bizi son 20-25 gündə olduqca xoş bir ənənəyə öyrəşdirmisiniz. İndi bütün azərbaycanlılar davamlı olaraq dövlət televiziyasını izləyir və hər an növbəti bir rayonumuzun, şəhərimizin, qəsəbə və kəndlərimizin işğaldan azad edilməsi xəbərini gözləyir. Özü də məhz Sizdən gözləyirlər.
 
Belə də davam edin, Cənab Prezident. Rəşadətli Ordumuzla birlikdə xariqələr yaratmağa, tarixi yeni başdan yazmağa davam edin. Biz MHP-çilər sizinləyik! Bütün Azərbaycan xalqı sizinlədir! Qarabağ Azərbaycandır!"
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF