AMİP də imtina etdi

16:18 13-02-2018 | icon 523 | Siyasət
AMİP də imtina etdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyadan Versus.Az-a verilən məlumata görə, 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın iştirak məsələsi iclasın müzakirəsinə çıxarılıb. Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 apreldə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakını məqsəduyğun saymayıb.

Bildirilib ki, hazırki qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resuruslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermır. AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da məhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı