“Düşmən ağ bayraq qaldırıb danışıqlara başlasa...”

14:44 21-10-2020 | icon 359 | Siyasət
“Düşmən ağ bayraq qaldırıb danışıqlara başlasa...”

Şəhriyar İmanbəyli: “Bu güclər istər regionda, istər dünya miqyasında güclü müsəlman türk dövləti görmək istəmirlər”

 

“Cənab Prezident hər dəfə olduğu kimi yenə də dünya arenasına, qərb mətbutına, elə ondan müsahibə alan Rusiya jurnalistinə çatdırdı ki, bu müharibənin başlanmasına səbəb Ermənistanın hazırki rəhbərliyi, birbaşa Paşinyan özüdür”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Şəhriyar İmanbəyli Prezident İlham Əliyevin TASS agentliyinə verdiyi müsahibəsində Azərbaycana qarşı yönələn təsirlərə qarşı sərgilədiyi qəti, açıq mövqe ilə bağlı diqqət çəkən nüanslarla bağlı bildirib.

 

“Cənab Prezident müsahibəsində bildirdi ki, bundan əvvəl Ermənistan rəhbərləri ilə Qarabağ problemi müzakirə olunmurdusa, indiki baş nazir də çıxıb “Qarabağ Ermənistandır” -deməklə bütün danışıqların üstündən xətt çəkdi. Azərbaycan buna səssiz qala bilməzdi və qalmadı. Prezident həmin müsahibədə sülhməramlıların regiona gətirilməsi ilə bağlı məsələyə açıq münasibət bildirərək, sülhməramlıların bölgəyə gəlməsi ilə bağlı verilən qərarın ATƏT-in Minsk Qrupuna aid olduğunu dedi. Eyni zamanda Azərbaycan və Ermənistan həmin üçlüyün seçmiş olduğu sülhməramlı qüvvələrə veto da verə bilər, qəbul da edə bilər. Yəni “Minsk Qrupununun istədiyi sülhməramlılarla gəlib bölgədə yerləşəcək”- deyə bir şey yoxdur. Təbii ki, bu gün Azərbaycan ordusu irəliləyir, ərazilərini işğaldan azad edir. Ola bilər ki, düşmən ağ bayraq qaldırıb danışıqlara başlasa, təbii ki, cənab Prezidentin də dediyi kimi qan tökülmədən qazanılan uğur daha yaxşıdır. Azərbaycan qan tökülməsinə qarşıdır və prosesi sülh yolu ilə həll etməyə çalışır”.

 

Politoloq bildirib ki, Paşinyanın sərsəm şərtlərlə danışaraq Qarabağın müstəqilliyinin tanınması şərti ilə çıxış etməsi, açıq şəkildə mühribəyə təhrik etməsi və işğaldan əl çəkməyəcəyinin göstəricisidir.  Ona görə də belə bir düşmənlə danşıq yolu ilə sülhə nail olmayacağımız açıq görünür:

 

“Ermənistanla danışıqların mənasız olduğunu biz Moskva görüşündən sonra gördük. 11 saatlıq görüşdə “humanitar atəşkəs” əldə olunsa da, üstündən 2 saat keçməmiş Ermənistan Gəncəni raket atəşinə tutdu. Mülki əhaliyə qarşı yatdığı yerdə genosid törətdi. Ermənistan bundan sonra Bərdəni, Mingəçeviri, Beyləqanı, növbəti dəfə Gəncəni atəşə tutdular. Ermənilər mülki əhalini ballistik raketlərlə atəşə tutub qətlə yetirdilər. Bütün bunlar göstərir ki, Ermənistan üçün heç bir sözün qiyməti, dəyəri yoxdur. Paşinyan daha sonrakı Tvitlərində, müsahbələrində, açıqlamalarında da danışıqları inkar etdiyini göstərdi. Sonra Ermənistan Qarabağda qondarma rejimin tanınması ilə bağlı cəfəng aksiyalar keçirdilər. Deməli, Ermənistan sülhə gəlmək istəmir. Onların məqsədi Azərbaycan torpaqlarını Ermənistana birləşdirməkdir. Təbii ki, Ali Baş Komandan, Azərbaycan xalqı heç vaxt bununla razılaşa bilməz. Çünki biz bu torpaq uğrunda şəhidlər veririk, mülki əhalimiz ölür, yaralılarımız var. Buna səssiz qalmaq olmaz, təbii ki, hər kəs öz haqqı uğrunda savaşacaq. İnşaallah da torpaqlarımızı azad edəcəyik.

Minsk Qrupuna gəlincə, bu qurum ölü qurumdur. Çünki bu günə heç nə etməyib və bundan sonra etməyəcək”.

 

Ş.İmanbəyli son günlər ekspertlərin Minsk Qrupu dövlətlərinin müharibənin bitməsi ilə bağlı məhz Azərbaycana qarşı yönəlik çıxışlarının Azərbaycanın cəbhədəki uğurlarından dolayı yaşadıqları narahatlığa əlaqələndirilməsinə birmənalı yanaşıb. O, bildirib ki, bu güclər istər regionda, istər dünya miqyasında güclü bir müsəlman türk dövləti görmək istəmirlər:

 

“Bu güclər Azərbaycan Ordusunun Füzulinin işğaldan azad etməsi taktikasını yaxşı bilirlər. Ona görə də onlar erməniləri əllərində bir kozır kimi saxlamaq niyyətindədirlər. Nikol Paşinyan da belə bir açıqlama vermişdi ki, Ermənistan Türk dünyasının qarşısını alan, türk dünyasının birlşməsinə əngəl olan bir dövlət olmağa hazırdır. Az qala Paşinyan buna görə yalvararaq hər kəsi Ermənistana dəstək verməyə çağırmışdı. Onun açıqlamasında bir yalvarış var idi və özünü kimlərəsə qalxan kimi təqdim edirdi”.

 

Politoloq bildirib ki, xalq sülhməramlıların hazırki vaxtda regiona gəlişinə qarşıdır. Çünki belə hesab olunur ki, əgər Azərbaycan qan tökərək torpaqlarını azad edirsə, bundan sonra hansısa sülhməramlılar gəlib bizim təhlükəsizliyimizi qoruya bilməz:

 

“Ermənistan sülhə razı olarsa, o zaman bu barədə danışmaq olacaq. Sülhməramlı qoşunlarına Minsk qrupunun dövlətlərin qoşunları daxil ola bilər. Amma cənab Hikmət Hacıyev, cənab Prezident də bildirdi ki, Artıq Minsk Qrupunun masasında, Qarabağ probleminin həllində Türkiyə dövləti də var. Ola bilər ki, sülhməramlıların içərisində Türkiyə ordusu da ola bilər. Bu, siyasi görüşmələrdə daha aydın görünəcək. Bu gün bu barədə nəsə demək tezdir. Sülhməramlılar o vaxt əraziyə girə bilər ki, Ermənistan günü bu gün ağ bayraq qaldırb hərbi qoşunlarını Azərbaycandan çıxarsın”.

 

Rusiyanın bu məsələdə tələskənliyinə gəlincə, Ş.İmanbəyli bu məsələdə Prezidentin TASS müxbirinə verdiyi müsahibəsində səsləndirdiyi məqamlara diqqət çəkməklə təhlil edib. O bildirib ki, Prezident Ermənistanın əldə etdiyi silahların qeyri-qanuni olduğunu qeyd edərək, bu silahların Rusiyadan erməni əsilli iş adamları və Rusiyadakı bəzi silah alverçiləri tərəfindən Ermənistana göndərildiyinə təəssüf etdi:

 

“Artıq Azərbaycan Ermənistanaın hardan silahlandırıldığını bilir. Hansı ki, həmin silahlarla Gəncədə 10-larla insanın həyatına son qoyuldu. Bu mövzuda cənab Prezidentin mövqeyi açıqdır. Nə olursa olsun, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Və bütün xalq da Azərbaycanın zəfər çalacağına inanır.

Həmin o dövlətlər sülhməramlılardan danışırlar ki, onlar Azərbaycana qarşı törədilən işğal, terrorla bağlıl Ermənistana heç bir sanksiya tətbiq etməyiblər və əksinə, Ermənistanı vəziyyətdən çıxarmağa çalışırlar. İnsanlıqdan danışan beynəlxalq təşkilatalar heyvanların, itlərin hüquqlarından danışan media Azərbaycandakı terroru işıqlandırmaq istəmir. Azərbaycanı haqq davasında haqsız çıxarmağa çalışırlar. Ona görə də insanlar ərazidə sülhməramlıları görmək istəmir”.

 

Politoloq Azərbaycanın cəbhədə xaricdən gələn muzdlulardan ibarət dəstələrin köməyindən istifadə etməsi ilə bağlı iddiaların yalan olması və əsas məqsədin Azərbaycanın hərbi nüfuzunun aşağı salınması ilə yanaşı beynəlxalq təsirləri artırtmaqdan ibarət olduğunu bildirib:

 

“Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur.

Ermənistanın yaşayışı, oluşu yalan üzərində qurulub. Onların tarixi də, mediası da yalandır. Dünya onların yalan olduğunu bilir. Amma dünya gözünə qara bağlayıb, həqiqəti görmək istəmir. Bunlar qaranı bağlamaqda olsun, biz onların gözünə  soxa-soxa həqiqətləri onlara göstərəcəyik”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları