İstedadlı rəssamlardan Qarabağ hadisələrini əks edən poster-plakat
Milli Azərbaycan Tarixi Muzeyinə Qarabağ hadisələrini əks edən poster-plakatlar daxil olub.
Versus.Az xəbər verir ki, cəbhədəki böyük uğurlarımız, igid Azərbaycan ordusunun irəliləməsi və işğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan cəmiyyətində Vətənpərvərlik ruhunun artmasına səbəb olub.
İstedadlı rəssamlar, Azərbaycan Rəssamlar İttifaqının üzvülər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimlər, nüfuzlu sərgilərin iştirakçıları Mir Azər Abdullayev və Vügar Əli igid döyüşçülərin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasıma dair bir sıra əsərlər yaradıblar.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsinin səyi nəticəsində rəssamların Vətənpərvərlik mövzusuna həsr olunmuş əsərlər Muzeyə hədiyyə edilib.
Tarixi mövzuda çəkilmiş Mir Azər Abdullayevin “Arxadan vurulan zərbə”,”Etnosid”, “Kədəri sevincə döndərən Azərbaycan əsgəri!”, Vügar Əlinin isə “Şuşa”, “Qarabağın sanlı tarixi”, “Torpaq Vətəndir!” adlı rəsm əsərləri gənc nəsildə Vətənpərvərlik tərbiyəsinin inkişafında böyük əhəmiyyətə malikdir.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”