MMP beynəlxalq təşkilatlara Ermənistanın işğalçılıq və terrorçuluq cinayətini çatdırdı

16:55 21-10-2020 | icon 505 | Siyasət
MMP beynəlxalq təşkilatlara Ermənistanın işğalçılıq və terrorçuluq cinayətini çatdırdı

“Beynəlxalq etirazlara baxmayaraq, Ermənistan yeni bir müharibə cinayətini törətdi”

 

Müasir Müsavat Partiyası (MMP) işğalçı Ermənistanın Azərbaycana qarşı işğal siyasətini davam etdirməsini pisləyən məktub ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə MMP-nin mətbuat xidmətindən bildirilib.

 

Məktubda Ermənistanın 1991-ci ilin sonlarından başlayaraq türklərə olan tarixi düşmənçiliyini yeni fazada başlatdığından, Azərbaycan torpaqlarını işğal etməsindən faktların dili ilə bəhs edilib.

 

Məktubda deyilir:

 

“Azərbaycan XX əsrin axırlarından başlayaraq erməni terrorizminə məruz qalıb və hələ də qalmaqdadır. Bu gün Ermənistan daha da irəliləyərək daha yeni ərazilərimizi işğal etməyə çalışır. Qeyd edək ki, müharibə Ermənistan ərazisində deyil, Azərbaycanın öz tarixi torpaqlarında gedir. Azərbaycan ordusu isə erməni terroruna qarşı əks-hücumlarla 30 ilə yaxındır işqalda saxlanılan torpaqlarını geri qaytarmağa çalışır və qaytarır da.

27.09.2020-ci il tarixindən başlayaraq Ermənistan Azərbaycan ərazilərinə raket zərbələri endirir. 10 oktyabrda Rusiyanın təşəbbüsü ilə tərəflər arasında humanitar atəşkəs müqaviləsi imzalandı. Ancaq müqavilənin tətbiqindən yarım saat keçməmiş Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinə raket zərbələri endirərək, mülki vətəndaşlara növbəti soyqırım yaşatdılar. 11.10.2020 tarixdə Azərbaycanın Gəncə və Tərtər şəhərlərindəki mülki obyektlərə və insan məskənlərinə raket atdı. Ağdam rayonu da ağır artilleriya hücumuna məruz qaldı. Mingəçevir şəhərinə SCUD ballistik raketi buraxdı. Cəbrayıl və Hadrut bölgələrinə hücumlara başladı. Füzuli bölgəsinin kəndlərinə raket atıldı.

Göründüyü kimi, Beynəlxalq etirazlara baxmayaraq, Ermənistan yeni bir müharibə cinayətini törətdi. 17 oktyabr 2020-ci il tarixində gecə saat 1 radələrində Gəncəyə üçüncü dəhşətli raket hücumu etdi. Gəncədəki dinc insanlara ballistik raketlərin atılması, 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokolları və BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, insan hüquq və azadlıqlarının, ümumiyyətlə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Mülki insanlara qarşı edilən bu vəhşiliklər müharibə cinayətidir və beynəlxalq hüquqi qiymət verilməlidir.

 

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış dövlətinin toxunulmazlığına hörmət etdiyini təsdiqləyən 4 qətnamə (822, 853, 874 və 884) qəbul edib.

ATƏT-in Minsk Qrupunu BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrasına çağırırıq. Qarabağ Azərbaycandır!

 

Qeyd edək ki, məktub aşağıdakı təşkilatlara ünvanlanıb:

 

Beynəlxalq Qaçqınlar Təşkilatı, Human Rigts Watch, Sərhədsiz Jurnalistlər, Silah Satışına Monitorinq Layihəsi, Sülh və Təhlükəsizlik Tərəfdaşı olan iqtisadçılar, Qadınların Sülh və Azadlığı Beynəlxalq liqası, Amnesty İnternational, Yardım Aksiyası, Sülhyaratma Alyansı, Beynəlxalq yardım və Nicat Təşkilatı, Katolik Nicat xidmətləri, Danimarkanın Qaçqınlar Şurası, Norveçin Qaçqınlar Şurası, Sülhyaratma Qadınların Qlobal şəbəkəsi, Ərəb Dövlətlər liqası, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Nüvə Sınaqların Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatı, Parlamentlərarası ittifaq, Milli Demokratiya İnstitutu, İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti, Təhsil Məsələləri üzrə İslam Təşkilatı, İslam Dünyası Cəmiyyəti, Avronest Parlament Assambleyası, Qlobal Təhlükəsizlik Təşkilatı, Atət Parlament Assambleyası, Qoşulmama hərəkatı, Birləşmiş Millətlər Təşkilatı, ATƏT Minsk qrupunun həmsədr ölkələri, Unicef, Unesco. Almaniya kansleri Angela Merkel, BMT Təhlükəsizlik Şurası, Almaniya hökümətinin sözçüsü. 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür