Solovyov KQB agenti imiş

07:56 22-10-2020 | icon 457 | Dünya
Solovyov KQB agenti imiş

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş əməkdaşı, polkovnik-leytenant Vladimir Popov “Əclafların sövdələşməsi. Keçmiş KQB polkovnik-leytenantının qeydləri” kitabında jurnalist Vladimir Solovyovun sovet xüsusi xidmət orqanları tərəfindən ələ alındığını bildirib.

 

Ukraynanın “Qordon” nəşri kitabdan bəzi hissələri yayımlayıb. 

 

Zabitin sözlərinə görə, 1986-cı ildə Moskva Polad və Xəlitələr İnstitutunun Fizika-Kimya fakültəsini bitirdikdən sonra Solovyov iki il Gənclər Təşkilatları Komitəsində (KMO) mütəxəssis olaraq çalışıb.

 

Müəllif qeyd edir ki, bu təşkilatlardan sovet xüsusi xidmət orqanları üçün xeyli casus çıxıb və həmin şəxslər sonradan hökumət və ictimai strukturlarda yüksək vəzifələr alıblar.

 

Popov yazıb ki, həmin illərdə KMO-ya SSRİ KQB-sinin 5-ci idarəsinin 1-ci şöbəsinin 1-ci bölməsinin zabitləri nəzarət edirdi, onlar ingilis dilini yaxşı bilən gənc mütəxəssis Solovyova dərhal diqqət yetirdilər. Qeyd edilib ki, gələcək jurnalist üçün KQB agentlərinə qoşulma faktı taleyüklü olub. 

 

Popovun fikrincə, tezliklə Solovyov SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunda müdir vəzifəsinə təyin edildi, bir il sonra onu ABŞ-a ezamiyyətə göndərdilər. 

 

Popov yazır ki, ABŞ-dan qayıtdıqdan sonra KQB agentləri Solovyovu “Lubyanka meydanındakı böyük evdə səsləndirilən fikirləri geniş kütlənin şüuruna yeritmək üçün” televiziyaya yönəltdilər. 

1998-ci ildə Solovyov radioda, bir il sonra isə televiziyada fəaliyyətinə başladı.  

Qeyd edək ki, Solovyov hazırda “Rossiya 1” telekanalında “Solovyovla bazar günü axşamı” verilişini aparır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür