Koronavirusdan sağalandan sonra...
“Dumanlı baş” təhlükəsi barədə xəbərdarlıq edildi
Koronavirusun ağır nəticələrindən biri bədənin koqnitiv funksiyalarının azalması ilə özünü göstərən “dumanlı baş”dır.
Lenta.ru-nun məlumatına görə, bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Sistem Biologiya Məktəbinin professoru, Rusiya Elmlər Akademiyası Tibbi Genetik Tədqiqat Mərkəzinin baş tədqiqatçısı, biologiya elmləri doktoru Ança Baranova xəbər verib.
Onun sözlərinə görə, yoluxmadan sonra bəzi insanlar əvvəllər yaxşı bildiyi şeyi unuda və ya zəif dərk etməyə başlayır:
“Yüz ildir qaldığınız ərazidə yaşayırsınız, ətrafdakı hər şeyi bilirsiniz: burada mağaza, orada bir təmir sexi, bir az aralıda məktəb var. Əvvəllər gözləriniz bağlı vəziyyətdə onların yerini tapa bilərdiniz. Ancaq bu koronovirusdan sağaldıqdan sonra zehni xəritə silinir”.
Baranova COVID-19-dan sağaldıqdan sonra oxşar problemlə üzləşən amerikalı tibb bacısının nümunəsini göstərib. Belə ki, sağaldıqdan sonra işə başlayan qadın xəstəxanalarda istifadə olunan bəzi “jarqon” sözləri xatırlamadığını anlayıb:
“Deyək ki, həkim ona deyir ki, CITO analizlər apar. Bu o deməkdir - tez, təcili olaraq edin. Tibb bacısı bu sözü ömrü boyu işlədib, ancaq indi həkimin ona nə dediyini anlamır. Yəni praktikada o, peşəkar istifadəyə yararsız hala gəlib”.
Bioloqun sözlərinə görə, bəzi hallarda isə koronovirusdan sağalan şəxs əvvəllər mexaniki olaraq gördüyü işləri, indi fikirləşə-fikirləşə edə bilər, məsələn, bir elektron poçta cavab vermək əvvəl beş dəqiqəsini alırdısa, indi buna 10 dəqiqə vaxt sərf edəcək.
“Yəni, virusun gözlə görünməyən bir çox nəticəsi var”, - deyə Baranova sözlərini yekunlaşdırıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"