Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında internet aksiya - FOTO

08:18 22-10-2020 | icon 134 | Cəmiyyət
Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında internet aksiya - FOTO

Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusunun mənfur, işğalçı düşmənin növbəti təxribatlarının qarşısını almaq üçün Vətən müharibəsinə başladığı, işğal olunmuş torpaqlarımızı azad etməklə parlaq qələbələr qazandığı bir dövrdə ziyalılar və tələbələr, bütün vətəndaşlarımız düşmənin dezinformasiyasının qarşısının alınması, haqq səsimizin dünyaya çatdırılması üçün informasiya mübarizəsi cəbhəsində də səfərbər olmalıdır.

 

“Naxçıvan xəbərləri” Media Qrupunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Şərq qapısı” və ”Şərqin səhəri” qəzetlərinin, AZƏRTAC-ın Naxçıvan Bürosunun, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və digər təşkilatların əməkdaşlarının, tələbələrin və könüllü gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” şüarı altında internet aksiya da bu məqsədlə keçirilib. Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib.

 

İştirakçılar Ermənistanın bu gün də Azərbaycana qarşı davam etdirdiyi soyqırımı siyasəti haqqında, xüsusilə Gəncəyə atılan raketlər nəticəsində həlak olmuş şəxslər barəsində dünya dövlətlərinə məlumat verməkdə həmrəylik nümayiş etdiriblər. Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliklərinin elektron poçt ünvanına öncədən rus və ingilis dillərində hazırlanmış, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumat və fotolar göndərilib.

 

Göndərilən məlumatlarda bildirilib ki, ermənilər döyüş bölgəsindən uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Xızı, Ordubad şəhərlərinə mütəmadi şəkildə raket atəşi açır, dinc insanlara qarşı soyqırımı siyasətini davam etdirir. 2020-ci ilin sentyabr ayının 27-dən bu günə qədər, ümumilikdə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1846-ya çatıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO