"İndiki davamiyyətlə Azərbaycanın BMT-yə töhvələri çox olacaq"

08:54 22-10-2020 | icon 666 | Siyasət
"İndiki davamiyyətlə Azərbaycanın BMT-yə töhvələri çox olacaq"

Müşfiq Ələsgərli: "BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələri də icra olunacaq"

 

"27 il müddətində kağız üzərində qalan bu qətnamənin tələbləri Ali Baş komandan İlham Əliyevin və Azərbaycan Ordusunun müzəffər əməliyyatları ilə təmin edildi".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.
 
 
Müşfiq Ələsgərli qeyd edib ki, Azərbaycan Ordusu Zəngilan şəhərini və rayon ərazisindəki kəndləri işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinin tələblərinin icra olunmasını təmin etmiş oldu:
 
 
"1993-cü il noyabrın 12-də qəbul edilmiş qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir, işğalçı Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması tələb edilirdi. Ermənistan isə TŞ-nin qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartmırdı, əksinə işğalı möhkəmləndirirdi. 27 il müddətində kağız üzərində qalan bu qətnamənin tələbləri Ali Baş komandan İlham Əliyevin və Azərbaycan Ordusunun müzəffər əməliyyatları ilə təmin edildi".
 
 
M.Ələsgərli bildirib ki, indiki davamiyyətlə Azərbaycanın BMT-yə töhvələri çox olacaq; BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələri də icra olunacaq:
 
 
"Həmin qətnamələr Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir. Təəssüf ki, bu dövr ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol