“İnformasiya müharibəsində ciddi dönüş yaratmalıyıq”

11:23 22-10-2020 | icon 357 | Siyasət
“İnformasiya müharibəsində ciddi dönüş yaratmalıyıq”

 

Azərbaycan Ordusunun Ermənistana qarşı əks-hərbi hücumu uğurla davam edir. Minsk qrupunda olan həmsədr dövlətlərinin, eləcə də ermənipərəst qüvvələrin narahatlığı Azərbaycanı ittihamlayan müzakirələri, məntiqsiz sualları ilə özünü biruzə verir. Dünya öz haqqını bərpa edən, BMT-nin qətnamələrini icra edən Azərbaycan hökumətinin regionda ədaləti bərpa etməsinə yardım etmək əvəzinə, prosesi kölgələməyə cəhdlər var.

 

Versus.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı müsahibə verən milət vəkili Asim Mollazadə diqqəti mühüm məqamlara yönəldib.

 

-Asim müəllim, sentyabr ayının 27-dən başlayaraq Azərbaycan Ordusunun işğalçıya qarşı uğurlu əks-hücumları müstəvisində, bir çox ölkələrin media təmsilçilərinin vasitəsi ilə regiona Sülhməramlıların gətirilməsi ilə bağlı suallarını da aktivləşdirib. Hazırki dönəmdə Rusiya tərəfindən “sülhməramlı” məsələsinin israrla önə çəkilməsi nə ilə bağlıdır?

- Xüsusilə qeyd etmək lazımdır ki, hansısa sülhməramlı qüvvələr münaqişə bölgəsinə gətirilərsə,  orada münaqişə bölgəsinə qonşu olan ölkələrin və maraqlı tərəflərin nümayəndələri olmamalıdır. Bu, beynəlxalq hüquqda indiyədək münqişələrin həllində hər zaman istifadə olunan bir qərardır.  Belə bir qərar Budapeşt sammitində qəbul olunub və orada göstərilir ki, əgər Azərbaycan-Ermənistan münaqişəsinin həllində sülhməramlı qüvvələr istifadə olunacaqsa, burada Minsk Qrupunun həmsədr dövlətlərinin, eləcə də qonşu ölkələrin nümayəndələri olmamalıdır.  Mənə elə gəlir ki, sülhməramlılar məsələsinin süni şəkildə tez-tez müzakirəyə çıxarılması Ermənistan tərəfindən gəlir. Ermənistan münaqişənin coğrafiyasının genişləndirilməsində maraqlıdır. Ermənistan KTMT-nı, yəni Rusiyanı bu məsələyə cəlb etməyə çalışır və bunun üçün bütün yollara əl atır. İlk dəfədir ki, Ermənistan döyüş meydanında Azərbaycanla təkbətək qalıb və ona işğalçı siyasətini davam etdirmək üçün  dəstək lazımdır. Azərbaycan silahlı qüvvələri bu gün beynəlxalq hüquq normalarını bərpa edir, BMT-nin qətnamələrini icra edir, Minsk Qrupunun funksiyalarını öz üzərinə götürüb və mən inanıram ki, bu proseslərin sonunda Haaqa tribunalının da finksiyaları Azərbaycan silahlı qüvvələri tərəfindən   təşkil olunacaq. Çünki bu gün Ermənistan çox kobud şəkildə beynəlxalq hüquq normalarını pozaraq  eyni zamanda hərbi cinayətləri həyata keçirir və əhaliyə qarşı amansızcasına qadağan olunmuş silahlardan istifadə edir.  Və etiraf edir ki, bunu Azərbaycanda bir təşviş, xaos yaratmaq üçün qəsdən edirəm. Deməli, bu ölkə nəinki cinayətləri törədir və bunu açıq şəkildə etiraf edir.  Bu çox təhlükəli məqamdır və düşünürəm ki, buna dünya tərəfindən çox ciddi diqqət yetrilməlidir.  Hərbi cinayətlər məhkəmənin hökmü ilə üzləşməsə, bu mütləq təkrar olunur. Xatırlatmaq istəyirəm ki, Ermənistan Xocalı soyqırımına görə cəzalandırılmadığına görə, cinayətkaarlar cəzalarını almadıqlarına görə  bu gün də Gəncədə, Azərbaycanın digər şəhərlərində mülki əhalini hədəf seçirlər.

Bizim partiya bütün beynəlxalq təşkilatlara, insan – hüquqlarının müdafiə təşkilatlarına müraciət eləmişik. Hesab edirik ki, cinayətkarlar , mütləq beynəlxalq hüququn, ədalətin qarşısında cavab verməlidir. Bu, dünyada insanları vəhşilikdən qorumaq üçün ən əsas şərtdir.

-Beynəlxalq aləm nədənsə Azərbaycana qarşı törədilən erməni terroruna, genosidinə ikili yanaşmadan əl çəkmir,  üstəlik “Azərbaycan bölgədə sülh yaratmaq üçün əsas danışıqlara gələrmi”,  deyə ikibaşlı yanaşmalarını davam etdirir.  Beynəlxalq təşkilatlar bizə bu sualı verməzdən əvvəl, niyə Ermənistandan soruşmurlar ki, “niyə işğalçı qoşunlarını geri çəkmirsən, torpaqları azad etmirsən?

-  Beynəlxalq təşkilatların dünyanın bir sıra nöqtələrində olan fəaliyyətləri çox ciddi problemlər yaradır.  Bu gün, Azərbaycan beynəlxalq təşkilatların fəaliyyətini ciddi araşdırılmalıdır  və müzakirəyə çıxarmalıdır. Prezident də çıxışlarında bunu ifadə elədi ki, Azərbaycan xalqının məqsədi sülhdür. Biz sülh danışıqlarına hazırıq, əslində real danışıqlarda Ermənistanın sülhə gətirilməsini tələb edirik. 30 ildir ki, biz bu danışıqların immitasiyasını gördük və Paşinyan hakimiyyətə gələndən sonra sülh danışıqlarını dapozdu. Bu danışıqlarla bağlı Azərbaycandan hər zaman bir cavab gəldi və Ali Baş Komandan bütün beynəlxalq media orqanlarında bu fikrini açıq şəkildə ifadə elədi. Azərbaycan istənilən məqamda sülh danışıqlarına hazırdır, Azərbaycan konkret olaraq sülh danışıqlarında BMT-nin qətnaməsinin icrasını, Minsk Qrupunun həll paketlərini qəbul etdi. Bu sualla Azərbaycana müraciət edənlər Ermənistandan soruşsunlar ki, nəyə görə siz heç bir sülhə gəlmirsiz, amma  indi sülh danışıqlarından danışırsız. Haqq-ədalət prinsipləri, beynəlxalq hüquq normaları çox təəssüf ki, işləmir və dünya ancaq gücün haqlı olduğunu müdafiə etdiyinə görə belə bir xoşagəlməz məqamlar yaranır.

-Azərbaycan Ordusunda Suriyadan, Livandan gətirilən müzdluların vuruşması ilə bağlı iddialarda hansı təsiredici elementlər gizlənir. Bu məsələnin fonunda Azərbaycana qarşı hansı ittihamların hazırlanması cəhdləri var?

-Ermənistan hər zaman özünün törətdiyi cinayətkar əməlləri digərilərinin üzərinə atmaq istəyir. Açıq etiraf etməliyik ki, çox zəngin, ciddi şəkildə təşkilatlanmış  erməni diasporası beynəlxalq mediaya öz təsirini göstərir və Ermənistan PKK-nı, hansısa Orta Şərqdən olan terrorist təşkilatlarını bu münaqişəyə cəlb edib. Amma Azərbaycana ləkə atmaq üçün hansısa yalanlar uydurur. Çox maraqlıdır ki,  bu yalanları Ermənistanla bu prosesdə əlbir olan və beynəlxalq cinayətkar kimi tanınan Əl-Əsəd ötürür. Beynəlxalq media nümayəndələrindən soruşsunlar ki, siz nə vaxtdan beynəlxal terorçunun sözlərinə inanmağa başlamısız?!. Bu çox gülüncdür, çünki doğrudan da Azərbaycanın müasir silahlı qüvvələri olduğuna görə  Ermənistan kimi hansısa yaraqlıları müaharibədə istifadə etməyə ehtiyacı yoxdur. Hesab edirəm ki, Azərbaycana qarşı yönələn bu cür sualların mənbəyi bir sıra ölkələrdə mövud olan erməni diasporasından asılı olan korrupsiyaçı siyasətçilərdir və ermənilərdən maliyyə vəsaiti alan media nümayəndələridir.  Bir sıra media orqanlarında konkret olaraq ermənilər işləyirlər. Bu gün çox ciddi təəccüb doğurur ki, ”Washinqton-post”, “Reuters”-da  və digər media orqanlarında qərəzli yazılar verirlər, ermənilərin verdiyi məlumatlar əsasında informasiyaları yayırlar.

 Mən hər zaman demişəm ki, dünyada Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi aparılır.  Bu gün biz erməni hərbi müdaxiləsinə qarşı çox müasir silahlardan istifadə edirik, eləcə də peşəkarları bu prosesə cəlb etməklə informasiya müharibəsində də ciddi dönüş yaratmalıyıq./Hafta.az/

 

Tahirə Qafarlı

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı