“Marginal fikir və mövqelərin ölkə KİV-ində tirajlanması zərərlidir”

19:12 22-10-2020 | icon 322 | Siyasət
“Marginal fikir və mövqelərin ölkə KİV-ində tirajlanması zərərlidir”

Pənah Hüseyn: “Dövlət və millət olaraq mövcud ola bilmək üçün bu Vətən Müharibəsində mütləq qalib gəlməliyik”

 

“Qarabağ cəbhəsində gedən hərbi əməliyyatlar barədə Azərbaycan cəmiyyətində konsensus mövcuddur. Bu əməliyyatlar ölkəyə təcavüz etmiş düşmənə qarış, işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün və əhalimizin təhlükəsizliyinin təmin olunması uğrunda Vətən Müharibəsidir”.

 

Versus.Az xəbər verir ki, bunu Xalq Partiyasının sədri Pənah Hüseyn ölkədəki mövcud vəziyyətlə bağlı sayta verdiyi açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, müharibə şəraitində marginal, antimilli mövqelər ətrafında siyasi diskussiyalar açmağa ehtiyac yoxdur, yanlışdır və zərərlidir.

 

“Bu müharibə təkcə iqtidarın iradəsi, tələbi, istəyi yox, xalqın iradəsi tələbi, istəyidir. Analar tək övladını Torpaq, Namus uğrunda savaşa yola salır. Şəhid olan oğlunun, qardaşının dəfnindən atalar, qardaşlar cəbhəyə getmək üçün birbaşa səfərbərlik xidmətinə yollanır. Gözlərdən həlak olan şəhidlərə görə axan yaşları ilə yanaşı, azad olunan Vətən torpaqları üçün sevinc göz yaşları axıdılır. Məmə deyəndən pəpə deyənə hamı Vətən Torpaq, Namus üçün can verməyə, qan tökməyə hazıram deyir. Siyasi, sosial, konfessinal, etnik kimliyindən asılı olmayaraq hamı bir nəfər kimi bu Vətən Müharibəsində biryerdədir, eyni zamanda ordu, dövlətlə bir yerdədir, müharibənin axırıncı işğalçı yurddan qovulana qədər axıradək davam etdirilməsi ümummilli tələbdir, xalqın dövlət və hakimiyyət qarşısında qəti şəkildə qoyduğu tələbdir”.

 

P.Hüseyn hesab edir ki, bu gün “bu müharibə hansı hakimiyyəti möhkəmləndirir ya möhkəmləndirmir” məsələsi ən sonuncu dərəcəli məsələdir.

 

P.Hüseyn bildirib ki, siyasi müxalifət hərbi əməliyyatların davam etdiyi müddətdə müxalifətçilik fəaliyyətinin dayandırılması, təcavüzün dəfv edilməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində hakimiyyətin, konkret olaraq Prezident İlham Əliyevin atdığı hərbi-siyasi addımları müdafiə etdiklərini açıqlamışlar:

 

“Bu mövqe iqtidar müxalifətli bütün siyasi partiyaların açıqlamalarında və müraciətlərində ifadə edilib sənədləşdirilmiş, dünya dövlətlərinə, xalqlara, beynəlxalq təşkilatlara çatdırılmışdır. Azərbaycanda hansı üsuli idarədə yaşamağı xalqın özünün, azad ədalətli seçkilərlə müəyyən etməsi daxil bütün hüquq və azadlıqların real olaraq bərqərar olması müəyyən etməsi azadlığı əhəmiyyətli şəkildə Qarabağın azadlığından keçir. Qarabağ münaqişəsi Azərbaycanda inkişaf etmiş siyasi mədəniyyətin bərqərar olması daxil olmaqla, bütün inkişaf və tərəqqi yolunda ən böyük əngəldir. Başa düşmək lazımdır ki, yeni inkişaf mərhələsinə keçmək və ümumiyyətlə dövlət və millət olaraq mövcud ola bilmək üçün bu Vətən Müharibəsində mütləq qalib gəlməliyik. Qalib xalq daha ləyaqətli, daha azad yaşamaq istəyəcək! Qalib xalqı əzmək, zülm etmək çətin olacaq. Həqiqət budur! Gerçəklik budur!”

 

Bu baxımdan partiya sədri hesab edir ki, ölkədə internetin məhdudlaşdırıldığı bir situasiyada hansısa niyyətlərləsə sosial şəbəkələrdə dərc olunmuş marginal fikir və mövqelərin ölkə KİV-ində tirajlanmasını və müharibə nəyə, kimə xidmət edir mövzusunda süni diskussiyaların açılmasını milli maraq və mənafelər, xüsusən davam edən müharibə şəraitində milli təhlükəsizlik baxımından yanlış və zərərlidir. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür