“Bunlar Azərbaycan xalqını təkləməyə çalışırlar”

19:23 22-10-2020 | icon 305 | Siyasət
“Bunlar Azərbaycan xalqını təkləməyə çalışırlar”

Qabil Hüseynli: “Vaşinqtonda İlham Əliyevlə Paşinyanın mini görüşünün təşkil edilməsi də bu məqsədi daşıyır”

 

“Moskvada, adının nə qoyulmasından asılı olmayaraq, xarici işlər nazirlərinin görüşündə yalnız ümumi praqmatik məsələləri müzakirə etmək olar, başqa heç nə. Bu görüşün nəticələrindən görəcəyik ki, böyük güclərin “danışıq oyunu” Azərbaycana qarşı fitnə-fəsaddan başqa bir şey deyil”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli xarici işlər naziri Ceyhun Bayramovun Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskvaya etdiyi işçi səfəri ətrafında yaranan mülahizələrlə bağlı şərhində bildirib.

 

Politoloq bu cür danışıqların arxasında Azərbaycana qarşı hansısa xain planların, manevrlərin olmasını istisna etməyib:

 

“Çünki nə BMT-nin qətnamələrini, nə də beynəlxalq hüquq normalarını saya salan yoxdur. Bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, arxada müxtəlif oyunlar oynayırlar. Siyasi əxlaqsızlıq baş alıb gedir. Bu oyunların məqsədi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaqdır. Bunu Rusiya, Fransa, Amerika ayrı-ayrı formalarda deyiblər. Bir neçə gün əvvəl Qarabağ məsələsi ilə bağlı öz aralarında məsləhətləşmələr aparmışdılar. İndi də bunu praktikaya çevirmək istəyirlər”.

 

Q.Hüseyni bu gün Azərbaycan Ordusunun cəbhədə uğurlar qazanması ilə paralel olaraq, beynəlxalq ictimaiyyətin Azərbaycanın öz torpaqlarını işğaldan azad etmə əməliyyatlarına əngəl yaratmaq niyyətlərinin ortada olduğunu bildirib:

 

“Kifayət qədər gərgin bir şəraitdə Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq bir yandan uğurlu döyüş əməliyyatlarına rəhbərlik edir, o biri tərəfdən də xarici siyasət xəttinin əsas istiqamətlərini müəyyənləşdirir, dünya ictimai rəyinin formalaşdırılmasına, müxtəlif televiziya və agentliklərinə müsahibələrində vəziyyətin icra olunmasına və onun ayrı-ayrı nüanslarının açıqlanmasına çox böyük töhfələr verir. Amma Avropanın böyük ölkələri, başda Fransa, Rusiya, Amerika olmaqla Azərbaycanın BMT-nin qətnamələri ilə təsbit olunmuş işğal edilmiş ərazilərini geri qaytarmaq uğrunda mübarizəsinə hərəsi bir “qulp” qoyur, maneçilik törədir. Lakin bu dövlətlər mövqelərini əsaslandıra biləcək   arqumentlər gətirə bilmirlər.   

Bunlar yalançı üniversal dəyərlər altında özlərini təqdim etməyə çalışsalar da, necə deyərlər, “xoruzun quyruğu açıq görünür”. Bu dövlətlər islamafobiya, türkəfobiya, xiristian təəssübkeşliyini, ikilistandartları, açıq və biyabırçı formada ortaya qoyurlar. Bunlar Azərbaycan xalqını təkləməyə çalışırlar.  Bu təklənmə prosesində hər cür qeyri-etik, qeyri-siyasi yanaşmalardan istifadə edirlər. Elə bil ki, xiristian və müsəlman svilizasiyalarının qarşıdurması baş verir. Avropa mədəniyyətindən, Avropa svilizasiyasından dəm vuran bu ölklər BMT-nin qətnamələrini, beynəlxalq hüquq normalarını ayaqları altına alıb tapdalamaqdan usanmırlar”.

 

Politoloq bildirib ki, bu görüş üç həmsədr dövlətin başçılarının ideyası ilə gerçəkləşir və daha sonra Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşünü hazırlamağa yönəlib. Azərbaycan xarici işlər nazirinin Moskvaya, oradan isə Amerikaya yollanacağını bildirən politoloq hesab edir ki, bu dəfə sanki Amerika təşəbbüsü əlinə almaq istəyir. Çünki bu gün Trampın reytinqi aşağıdır və seçkiqabağı müəyyən səslər qazanmaq üçün ermənilərə “Qarabağda atəşkəsə mən nail oldum” -fikrini söyləmək lazım gəlib.

 

Politoloqun fikrincə, Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin mini görüşünün təşkil edilməsi də bu məqsədi daşıyır:

 

“Bunlar cəbhədə müharibə əməliyyatlarını dayandırmaq fikrindədirlər. Bu baş tutan söhbət olmasa da, cəhdlər edilir”.

 

Q.Hüseynli Trampın Qarabağ münaqişəsinə münasibətinin nə oldbağlı onun San Carlos City bölgəsində etdiyi çıxışa diqqət çəkməklə önə çəkib:

 

“Tramp orada erməni xalqını tərifləyib göylərə qaldırb. Ermənilər  “vətənsevər xalq”, “torpaqsevər xalq”, “zəhmətkeş xalq”,” sahibkarlıqda böyük uğur qazanan xalq”dır, “mən onlara kömək etməyə çalışacağam” deyə çıxışlar edib. Cənab Tramp sən erməniyə kömək etmək istəyirsənsə, zəhmət çək apar onları ştatlarının birində yerləşdir. Tramp sən özünün seçkiqabağı təbliğatını qurmaq üçün Azərbaycanın xarici işlər nazirini ora dəvət etməklə nə etmək istəyirsən?  Sadəcə bu siyasi əxlaqsızlıqdır, biabırçılıqdır, bu beynəlxalq hüquq normalarına hörmtsizlikdir. Sən belə bir davranışla Azərbaycanı danışıqlar masası arxasında əyləşdirmək istəyirsən?! Sən dediyin bu “zəhmətkeş xalq” işğalçıdır,  soyqırım törədən xalqıdr.  Sənin dediyin bu “zəhmətkeş xalq” 30 ildə 2 milyondan çox azərbaycanlıya qətliam, soyqırım törədib. Əgər bunları bilmirsənsə, get tarix kitablarından oxu, öyrən. Reyqanın xüsusi araşdırmaçıları bu haqda geniş məlumatlar hazırlayıblar, ona bax. Rusiya isə bu “zəhmətkeş”, “məşəqqətlər” çəkmiş xalqı öz ayağının altında xəbərçi, bölgəni qarışdıran, avantürist, yalanlar içində boğulan bir xalq kimi özünün strateji niyyətlərində alət kimi istifadə edir. İndi sizin  burada mənafeləriniz var deyə, arada Azərbaycan torpaqlarının torpaqları güdəza getməlidir?! Azərbaycan torpaqlarından peşkəş vermək istəyirsiz?! Dünyanı o qədər soyubsuz ki, o qədər müstəmləkə siyasəti, ədalətsiz müharibələrlə, xalqları diz çökdürüb var-dövlətini əlindən alıbsız. İndi də Azərbaycan xalqının torpağını əldən almaq istəyirsiz?!”

 

Politoloq bildirib ki, Azərbaycan xalqı bu güclərin məkirli niyyətini yaxşı bilir və onların oyunlarına gedən deyil:

 

“Azərbayan xalqı kifayət qədər iradəli xalqdır.  Böyük türk dünyasının bir parçasıdır və bu gün Türkiyə də onun arxasındadır. Bu səbəbdən də heç kəs  Azərbaycandan torpaq qopara bilməyəcək. Bu erməniləri bizim başımıza çıxara bilməyəcəksiz. Mən Prezidentin siyasi iradəsinə, xalqın əzmkarlığına inanıram. İnanıram ki, heç kəs Azərbaycanın ərazi bütövlüyündən vaz keçməyəcəkdir və bu dövlətlərin müxtəlif siyasi manevrləri ürəklərində qalacaq”. /hafta.az/

 

T.QAFARLI
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı