Ermənilərin azərbaycanlılara atəş açmasının GÖRÜNTÜLƏRİ

10:50 23-10-2020 | icon 256 | Cəmiyyət
Ermənilərin azərbaycanlılara atəş açmasının GÖRÜNTÜLƏRİ

Polşanın Katovitse şəhərində  vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. Aksiyada soydaşmızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

 

Təxribatla bağlı polisə müraciət olunub,  araşdırma aparılır. Bizdə olan məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyətçi ermənilərdən 3 nəfəri saxlanılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazm olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

 

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı