Qripə qarşı peyvənd olunduqdan sonra öldü

11:49 23-10-2020 | icon 713 | Sağlamlıq
Qripə qarşı peyvənd olunduqdan sonra öldü

Cənubi Koreyada qripə qarşı peyvənd olunduqdan sonra ölənlərin sayı 32 nəfərə çatıb.

 

Bu barədə TASS ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, oktyabrın 16-dan sonra ölkədə 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra həyatını itirib.

 

Həkimlərin dediyinə görə, onların bir çoxu ciddi xəstəliklərdən əziyyət çəkib.

 

Həmin şəxslərin meyitlərindən alınan toxuma nümunələrinin müayinələri də daxil olmaqla, hər birinin dəqiq ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır. Eyni zamanda, qeyd olunur ki, bir neçə milyon insan peyvənd edilib və onlardan heç birində əks təsir aşkarlanmayıb.

 

Ölüm faktlarına baxmayaraq, peyvəndləmə prosesinin dayandırılmayacağı bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı