“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və..."

12:21 23-10-2020 | icon 498 | Siyasət
“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və..."

Ramiyə Məmmədova: "Dünyada nadir ölkələr bu qədər uğurlu hərbi əməliyyatlar aparmaq iqtidarındadır"

 

Dünyada çox az adam Azərbaycanın bu qədər güclü hərbi potensiala malik olduğunu tam təsəvvür edə bilirdi.

 

Versus.Az xəbər verir bu barədə İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova media.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, işğal olunmuş əraziləri azad etmək üçün gedən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun həm texnika, həm də döyüşçülərin hazırlığı baxımından nə qədər güclü olduğu aydın göründü.

 

“Burada təəccüblü heç nə yoxdur, çünki Azərbaycanın hərbi büdcəsi ayrı-ayrı ölkələrin dövlət büdcəsini üstələyir. Avropa dövlətləri də daxil olmaqla, dünyada nadir ölkələr bu qədər uğurlu hərbi əməliyyatlar aparmaq iqtidarındadırlar. Bundan əlavə, heç kim Türkiyənin Azərbaycana bu qədər açıq və ardıcıl dəstək verəcəyini gözləmirdi. Təbii ki, burada Türkiyənin bölgədəki geosiyasi maraqlarını da gözardı etmək olmaz. Azərbaycanın hərbi uğurları Türkiyəyə təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da nüfuzunu genişləndirməyə imkan verəcək. İqtisadi maraqları, xüsusən də Türkiyənin Cənub Qaz Dəhlizi layihəsindəki iştirakını da unutmaq olmaz”, - deyə ekspert qeyd edib.

 

Humanitar atəşkəsdən bəhs edən politoloq bildirib ki,  Ermənistan bunun arxasında gizlənib, mülki əhaliyə faşistcəsinə hücum edib.

 

“Onlar ümid edirdilər ki, Azərbaycan Gəncənin atəşə tutulmasına cavab verəcək və bununla da üçüncü qüvvələrin münaqişəyə müdaxiləsi üçün bəhanə verəcək. Heç kimə sirr deyil ki, Ermənistan KTMT-ni hərbi əməliyyatlar səhnəsinə cəlb etməyə hazırlaşırdı. Ancaq bu artıq mümkün olmayacaq. Xatırlayaq ki, rəsmi Kreml Rusiya mətbuatında Türkiyə və Azərbaycan əleyhinə olan açıqlamalara baxmayaraq, açıq şəkildə münaqişəyə müdaxilənin olmayacağını bildirdi. Üstəlik bu məqam dəfələrlə vurğulandı”, - deyə R.Məmmədova qeyd edib.

 

Müsahibimiz vurğulayıb ki, ATƏT-in Minsk Qrupu ikili standartları əsas tutdu və 30 ildir heç nəyə nail ola bilmədi.

 

“Türkiyə danışıqları ölü nöqtədən tərpədə bilərdi. Ancaq mən düşünmürəm ki, yaxın günlərdə bu mümkün olacaq. Dünya birliyinə gəlincə, onlar ənənəvi olaraq sülhməramlı siyasətə sadiqdirlər. Bəzi Avropa ölkələrinin bölgədə enerji və infrastruktur layihələri ilə bağlı öz maraqları var. Ancaq Rusiyanın təsirini də nəzərə alaraq açıq şəkildə müdaxilə etmirlər”, - deyə ekspert söyləyib.

 

Türkiyəli politoloq, Ermənistanın davamlı olaraq qondarma “DQR”in öz müqəddəratını təyinetmə məsələsini gündəmə gətirdiyinə vurğu etdi.

 

“Lakin Ermənistan özü separatçı qurumun müstəqilliyini tanımadı, çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu, Nikol Paşinyanın siyasətinin iflasa uğramasıdır. Azərbaycan isə getdikcə daha da inamla torpaqlarını geri qaytarır. Bu Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan regionda aparıcı rol oynayacaq”, - deyə R.Məmmədova fikrini tamamlayıb.  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür