"30 il də danışıq olar?"

12:27 23-10-2020 | icon 289 | Siyasət
"30 il də danışıq olar?"

Əlisahib Hüseynov: "Həmsədrlərin "sülhpərvərliyi" tələdən başqa bir şey deyil"

 

"Rəsmi Bakının bu gün Vaşinqtondakı görüşlərdən hər hansı bir irəliləyiş, nəticə gözləməməsini tamamilə təbii hesab edirik. Çünki Minsk Qrupunun digər həmsədrləri kimi ABŞ-ın da problemin sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər indiyə qədər heç bir səmərə verməyib. Ümumiyyətlə, həmsədrlərin fəaliyyəti turistik səfərlər çərçivəsi ilə kifayətlənib".

 
 
Versus.Az xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri bildirib ki, onlar problemin həllinə yox, işğalın, status-kvo vəziyyətinin işğalçı Ermənistanın xeyrinə davam etməsinə dəstək veriblər:
 
 
"30 il də danışıq olar? Xalqımız düz 30 il bu həmsədrlərdən ədalətli mövqe gözləyib. Azərbaycan diplomatiyası 30 ildir müzakirələr aparır ki, problem çözülsün, torpaqlarımız işğaldan azad edilsin. Lakin Minsk Qrupunun vasitəçiləri daim buna mane olublar. Odur ki, indiyə qədər aparılan danışıqların heç bir nəticə verməməsinin və bu qədər qan tökülməsinin məsuliyyəti həmçinin Minsk Qrupu həmsədrlərinin üzərinə düşür".
 
 
Əlisahib Hüseynovun fikrincə, onlar bu məsuliyyətdən qaça bilməzlər:
 
 
"Nəticəsiz danışıqları bundan sonra da davam etdirməklə bizim haqq işimizə mane olmağa, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı mücadiləni dayandırmağa ixtiyarları yoxdur. Həmsədrlərin "sülhpərvərliyi" tələdən başqa bir şey deyil".
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür