“Real”ın futbolçusuna altı aylıq həbs istənildi
Belqrad Şəhər Prokurorluğu məhkəməyə müraciət edərək, karantin rejimi qaydalarına məhəl qoymayan “Real”ın hücumçusu Luka Yoviçin altı aylıq həbsini tələb edib.
Rts.rs xəbər verir ki, bir müddət öncə 22 yaşlı hücumçuya cinayət işi açmaqdan imtina müqabilində 30 min avro (60 min manat) ödəmək təklif edilmişdi.
Xatırladaq ki, L.Yoviç Madridin “Real” klubuna 2019-cu ildə Almaniyanın “Ayntraxt” klubundan transfer olub.
Xəbər lenti
Sülhməramlıların Azərbaycandan çıxarılmasının EKSKLÜZİV GÖRÜNTÜLƏRİ
Çox sayda hərbi texnikanın və digər hərbi təyinatlı maşınlardan ibarət...