“Paşinyanla yanaşı Köçəryan, Sarkisyan, hətta Petrosyan da cavab verməlidir”

12:59 23-10-2020 | icon 353 | Siyasət
“Paşinyanla yanaşı Köçəryan, Sarkisyan, hətta Petrosyan da cavab verməlidir”

Əlabbas Məhərrəmov: “Onlar oyunu elə qurdular ki, necə deyərlər, çanaq Paşinyanın başında çatladı”

 

“İşqalçı dövlətin rəhbəri kimi bu gün Paşinyan sərt tənqid və təhqir olunur. Əslində layiq olduğu münasibəti görür”.

 

Bunu Versus.Az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmov bildirib.

 

Politoloq qeyd edib ki, bu gün şərəfsiz erməni ordusunun başında düşük Paşinyan durduğu üçün Azərbaycan tərəfindən layiqli cavabı da məhz o alır, dünya dövlətlərinin qınağına da məhz o məruz qalır:

 

“Bu gün sarkisyanlar, köçəryanlar sanki mövcud vəziyyətin onlara aidiyyəti yoxmuş kimi göstərirlər özlərini. Əslində onların malalaya-malalaya, riyakarlıqla guya danışıqlar yoluyla həllini gözlədikləri bu münaqişənin sonu bu cür də gözlənilən idi. Sadəcə oyunu elə qurdular ki, necə deyərlər, çanaq Paşinyanın başında çatladı”.

 

Əlabbas Məhərrəmov hesab edir ki, bu savaşda, torpaqların işğal olunmasında, vətəndaşlarımıza işgəncə verilməsində, Xocalı kimi qətliamı törətməkdə sabiqlərin günahı az deyil:

 

“Dünyaya da sirr deyil ki, Paşinyan Ermənistanın əvvəlki rəhbərləri tərəfindən düşünülmüş şəkildə ortaya atılmış “qurbanlıq keçi”dir. Və düşünürəm ki, Paşinyanla yanaşı Köçəryan, Sarkisyan, hətta Petrosyan da Azərbaycana qarşı törətdikləri vinayətlərə görə cavab verməlidirlər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol