“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

14:09 23-10-2020 | icon 1207 | Siyasət
“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

Nəsir Ağayev: "Halal olsun Prezident İlham Əliyevə, o, xalqın etimadını doğrultdu"

 

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində apardığı faşizm siyasətini davam edir. Dünya gücləri, işğalçıya qarşı sanksiya tətbiq etmək istəmir və gündəmdə “danışıqlar, atəşkəs”-dir.

 

Lakin Ermənistan bu sülh çağırışlarına məhəl qoymur, Azərbaycanın mülki əhalisini raket atəşinə tutur. Beynəlxalq ictimaiyyət isə Azərbaycanın mülki əhalisini raket zərbləri ilə hədəfə alan işğalçının qarşısında  “aciz” qalıb. Versus.Az xəbər verir ki, Milli Azadlıq Hərəkatının liderlərindən biri, tarixçi alim Nəsir Ağayev müsahibəsində maraqlı nüanslara toxunub.

 

- Nəsir müəllim, Paşinyanın hərbi hakimiyyəti yenə də Azərbaycanın mülki rayonlarını ballistik raketlərlə atəşə tutur. Üstəlik ATƏT-in Minsk Qrupunun təklif etdiyi danışıqları, sülhü rədd edən bəyanatlar verir. Belə bir vəziyyətdə hansı addımlar atılmalıdır?

 

- Bu böyük dövlətlər dünyanın Azərbaycan ərazisində müharibə aparmasına çalışırlar. Lakin  yenə də danışıqlara, atəşkəsə köklənən dövlətlər birtərəfli qaydada prosesi ermənilərin xilas edilməsinə hesablayırlar. Bu cəhdlər ermənilərin iddialarını yerinə yetirib onları yenidən Azərbaycanda yerləşdirmək məqsədi güdür. Ona görə də Azərbaycan, Anadolu və Orta Asiya türkləri, Sibir, Qafqaz türkləri, hamı ayağa qalxmalıdır.  Çünki burda elə bir erməni virusu yaradıblar ki, bu gün də Paşinyan, Sarkisyan kimi cinayətkarlar Azərbaycana soyqırım yaşadırlar. Ona görə də, bu danışıqlar gözə kül üfürməkdir və türkü gözü götürməyənlərin işidir. Belə qüvvələrlə danışıqlara getmək torpaqların azadlığında heç bir əhəmiyyət kəsb etməyəcək. Hesab edirəm ki, Ali Baş Komandan da belə cinayətkarlara dəstək verən güclərin istəyi ilə nə Moskvaya, nə də Amerikaya getməməlidir. Çünki danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır. Paşinyan Qərbin sifarişlərini yerinə yetirir. Paşinyan Rusiyanın çağırışlarına “bombalarla” cavab verməklə sübut etdi ki, Rusiyanı qəbul etmir. Sarkisyan da gedib NATO-nun qapılarında yalmanır. Ona görə də biz yalnız daim Azərbaycanın haqq işinin yanında olan Türkiyə ilə danışmalıyıq, məsləhətləşməliyik.

 

- Türkiyə Prezidentinin Köməkçisi Fuad Oktay CNN kanalına müsahibəsində “Azərbaycan bizdən hərbi dəstək istəsə Türkiyə bunu edəcək” deyə bildirib. Belə bir ərəfədə bizim Türkiyədən hərbi, əsgəri dəstək istəməyimiz nə dərəcədə mümkün ola bilər?

 

- Əlbəttə ki, Azərbaycan Türkiyədən əsgəri dəstək ala bilər. Amma hazırda buna ehtiyac yoxdur. Çünki İlham Əliyev özü də bildirib ki, Azərbaycan ordusu güclüdür və öz torpaqlarını işğaldan azad etməyə qüdrəti, gücü çatır. Lakin lazım olarsa təbii ki, o dəstəyi istəyə bilərik. Əgər ermənilər həddini aşsa və digər dövlətlərdən hərbi dəstək almaqda davam etsə, digər dövlətlər Azərbaycana qarşı təzyiq etsələr o zaman türk qoşunlarını burda görəcəklər. Bu isə dünyanın birbaşa yeni bölgüsü deməkdir. Bu göründüyü qədər də sadə deyil. Hələlik səbr edirik.

 

- Bir çox ekspertlər Ermənistan ictimaiyyətinə müraciət edirlər ki, hakimiyyəti münaqişəni dayandırmağa sövq etsinlər. 30 ildən sonra yenə də zənn edirlər ki, bundan sonra erməni xalqının Paşinyana təsirini formalaşdırmaqla münaqişəni dayandırmaq olar. Ermənistandan humanistlik gözləməyə dəyər?

 

- Qətiyyən. Dadananla, quduran islah olunmaz. Ermənilər dadanıblar. Ermənilərin Azərbaycanla davası təkcə Dağlıq Qarabağ deyil. Hələ Muxtar Vilayət yaranandan əvvəl də erməni millətçiləri həmişə Azərbaycana, türkə düşmən münasibəti bəsləyiblər.  Azərbaycanda sovet dövləti yarananda Ermənistanı da Azərbaycan torpaqlarının hesabına yaratdılar. Və 1923-cü ilə Şura hökuməti Azərbaycanın tərkibində Muxtar Vilayəti elan etdi. Ermənilər bizdən yeni torpaqları, Qarabağı almaq üçün düşmənşçilik edirdilər. İndi bunlar 1923-cü ilin variantını yenidən təkrarlamaq istəyirlər. Lakin bu gün o zaman deyil. Azərbaycan öz ərazilərində Qarabağa status verə bilməz. Əgər Rusiya istəyirsə öz ərazilərində ermənilərin kompakt yaşadığı yerlərdə onlara status versin. Krosnadarı versin, Pod -Moskoviyanı versin, Fransa Marseli versin, ABŞ Koliforniyanı versin və sair.  Azərbaycanın isə erməniyə verməyə nə torpağı var, nə də muxtariyyatı. Nəyə görə bizim başımız bəlalı olmalıdır. Biz həmişə təbii sərvətimizə, islam, türk milləti olduğunuza görə, dünya dövlətlərinin diqqət mərkəzində olmuşuq. Rusiyada yaşayan türklərin də ayağının altı qızılla, neftlə, uranla, polimetalla zəngin olub. Rusiya bunaları itirsə “Böyük Rusiya”nınn adını çəkə bilməz. Hansı ki, o“Böyük Rusiya” türk məmləkətlərinin istilası ilə yaranıb və okeandan okeana əli çatır. Rusiyaya tək Moskva çarlığı aid olub və gedib orada rus millətini idarə eləsinlər, bizimlə işləri yoxdur.

Türk Dünyası özünün müdafiə, maliyyə, iqtisadi, mədəni, dini mərkəzlərini  yaratmalıdır. Nəyə görə NATO Avropa Dövlətlərinin birliyini yaratdı? Nəzərə alaq ki, orda dilləri fərqli olan bütün xiristian dövlətləri köklənib, birləşiblər. O cümlədən Avropa İttifaqı. Bizdə isə hələ ki, Türk Birliyinin yaranması çox zəif gedir. Türk Birliyi, milli bangını, ordusunu, iqtisadiyyatını yaratmalıdır. Türk dünyası Birliyi də öz cizgiləri ilə görünməlidir.

 

- Nəsir müəllim, bu gün Qarabağda gedən proseslər Azərbaycanın tarixində hansı yeni dönüşü yaradır.

 

- Bu gün mən fəxr edirəm. Halal olsun, Azərbaycanın şərəfli, ləyaqətli ordusuna! Halal olsun, Azrbaycanın arxa cəbhəsinə! Hala olsun şəhid analarına! Halal olsun əsgərlərin qədrini bilən qədirbilənlərə. Halal olsun Azərbaycan Prezidenti İlham Əliyevə. O xaqın inamını etimadını doğrultdu.

Bu, Azərbaycanın müzəffər qələbəsidir. Bu, millətin bütövlüyüdür. Bu, millətin dövlətlə bir olmasıdır. Bu millətin dövlətinə sədaqəti, inamı, etibarıdır. Bu qələbələr bizim millət üçün böyük şansdır. Torpaq həsrəti, niskili silindi. Nifrət, kin-kidurət, bir-birinə qarşı ögey münasibət, ləğv olundu. Millətin qarşısnda yalnız erməni faşizminin mövcudluğu və ona qarşı mübarizə əzmi dayanır. Eməni faşizminə qarşı birlik, bizim bir-birimizə qarşı olan mənfi halları, münasibəti  ortadan qaldırdı, biz birgə hərəkət etməyə məhkum olunduq.  Millət bütövləşməsə, dövlət də millətləşməsə düşmənə qalib gələ bilməz. O gün bu gündür. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı