“Türkiyə-Azərbaycan bərabərliyi dünyada hər kəsə bir nümunədir”

15:53 23-10-2020 | icon 534 | Siyasət
“Türkiyə-Azərbaycan bərabərliyi dünyada hər kəsə bir nümunədir”

Jalə  Əliyeva: “Azərbaycanın Türkiyə ilə hərbi sahədə müqaviləsi var və əgər ölkəmizə dəvət edəriksə...”

 

“Türkiyə prezidentinin köməkçisi Fuad Oktayın son açıqlaması zatən Türkiyənin hər zaman Azərbaycanın yanında olmasının nümayişi, isbatıdır”.

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva Türkiyə prezidentinin köməkçisi Fuad Oktayın "əgər Azərbaycan hərbi dəstək istəsə, Türkiyə bu tələbi yerinə yetirəcək" fikirlərindən dolayı Azərbaycanın türk ordusunun köməkliyindən nə zaman istifadə edə biləcəyi ilə bağlı açıqlamasında bildirib.

 

Jalə Əliyeva F.Oktayın “Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair sazişin mövcud olması səbəbindən bu məsələdə Türkiyənin tərəddüd etməsinə səbəb olmayacaq” fikirlərinə istinad edərək, Azərbaycanın belə bir dəstəyi almasını mümkün sayıb. Eyni zamanda bildirib ki, Türkiyə bu açıqlaması ilə yenə də seçimi Azərbaycana buraxdı:

 

“Azərbaycanın Ali Baş Komandanı dəfələrlə qarşı tərəfin əsassız iddialarına qarşı çıxışlar edərək bəyan edib ki, Azərbycanda döyüşən başqa hər hansı ordu yoxdur, başqa ölkənin qüvvəsi yoxdur. Azərbaycan öz ərazilərində işğalçıya qarşı təkbaşına mübarizəsini aparır və sonuna qadər də öz ordusuna arxalanaraq döyüşləri davam etdirəcək. Lakin deyildiyi kimi, Azərbaycanın Türkiyə ilə hərbi sahədə müqaviləsi var və əgər Türkiyə ordusunu ölkəmizə dəvət edəriksə, bu da beynəlxalq hüququn çərçivəsində olacaq. Heç kəs, xüsusilə də işğalçı, vandal, əli qana batmış Ermənistan buna görə bizi qınaya bilməz. Lakin hələlik təbii ki, dövlətin öz gücü, qətiyyəti var, biz öz gücümüzlə irəliyə doğru gedirik. Son söz Ali Baş Komandanındır, ölkənin ali rəhbərliyinindir. O, özünün də dediyi kimi nəyi nə zaman edəcəyini çox yaşı bilir. Biz Ali Baş Komandanın dilindən çıxan bütün ifadələrin ətrafında sıx birləşdiyimiz kimi, döyüşə, qələbəyə hazır olduğumuz kimi, onun verdiyi bütün qərarlara da birlik olaraq tabe olacağıq”.

 

 J.Əliyeva eyni zamanda qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan bərabərliyi bölgədə və dünyada hər kəsə bir nümunədir. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin ən yaxın strateji tərəfdaşı, ən yaxşı qardaş ölkəsidir:

 

“Ölkədə elə bir sahə yoxdur ki, orada Türkiyə ilə aramızda anlaşmalar, müqavilələr olmasın. Təsadüfi deyil ki, hələ ötən əsrin əvvəllərində Qazi Mustafa Kamal Paşa Atatürk “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” deyirdi. Ötən əsrin sonlarında isə böyük ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyirdi. Bu sözlər artıq bir ata kəlamlarına çevrilib və bunlar gəlişi gözəl sözlər deyildi. Bu dövlətlərin kökündə tarixi birlik dayanır və bu gün bütün dünyanın Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəni görmək istəmədiyi çətin bir məqamında Türkiyə ölkəmizə öz qardaşlığını ifadə edir.  Azərbaycan öz haqqını geri qaytarmaq üçün vətən müharibəsi apardığı bu günlərimizdə də bizə ən böyük mənəvi dəstəyi Türkiyə verdi. Türkiyənin rəsmiləri, xalqı, mediası hər biri bizə çox böyük dəstək göstərdilər və bu gün də davam etdirirlər”.

 

Millət vəkili bildirib ki, Türkiyənin belə çətin zamanlarda yanımızda olması dünyaya da lazımi mesajlarını vermiş oldu.

 

Onun fikrincə, Türkiyə Parlament sədrinin Azərbaycanın müstəqillik günündə ölkəmizə səfəri də dünyaya ünvanlanan açıq bir mesaj idi:

 

“Türkiyə proseslərin ilk başlanğıcından bəyan edib ki, Azərbaycan nə şəkildə, hansı formada dəstək istəsə, Türkiyə onun yanında olacaq. Təbii ki, Türkiyə prezidentinin köməkçisi Fuad Oktayın son məlum çxışı da təqdirəlayıqdir. Bu da bizim üçün çox qürurverici məqamdır”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür