“Bu gün də danışıqlar masasına oturacaqlarmış kimi bəyanatlar irəli sürürlər”

16:32 23-10-2020 | icon 281 | Siyasət
“Bu gün də danışıqlar masasına oturacaqlarmış kimi bəyanatlar irəli sürürlər”

Jalə Əliyeva: “Erməni vandallarının danışıqlar masası arxasında hansısa qurucu, konstruktiv təklif irəli sürmək istəkəri yoxdur”

 

“Bunlar “humanitar atəşkəs” üçün Azərbaycana iki dəfə minnətçi düşdülər və üç ölkənin xarici işlər nazirlərinin 11 saat keçən görüşünün nəticəsində atəşkəs elan edildi. Atəşkəs sazişinin mürəkkəbi qurumadan ermənilər Gəncəyə raket ataraq, mülki əhaliyə qarşı genosid törətməklə bu sazişi pozdular. Sivil, mülki insanlara qarşı hərbi cinayət həyata keçirdilər. Guya bu gün də danışıqlar masasına oturacaqlarmış kimi bəyanatlar irəli sürürlər”.

 

Versus.Az xəbər verir ki bunu millət vəkili Jalə Əliyeva ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycanda Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünün və xarici işlər nazirlərinin Moskva-ABŞ səfərlərinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

J.Əliyeva bildirib ki, bu gün Azərbaycan xarici işlər naziri ilə erməni nazirinin ABŞ-da təşkil olunan görüşündən sonra 2 ölkə prezidentinin Moskvada bir masa arxasına gətirilməsi ehtimalı müzakirə olunsa da, hələlik bu görüş üçün münbit şərait yetişməyib:

 

“Prezidentin köməkçisi Hikmət Hacıyev də öz açıqlamasında bildirdi ki, hələlik biz bu görüşlərin konstruktiv ola biləcəyinə inana bilmərik. Çünki bunun üçün Ermənistan Azərbaycana qarşı destruktiv əməllərindən geri çəkilməlidir. Hələlik erməni hakimiyyəti tərəfindən belə bir addımı görmədiyimizdən atəşkəs, danışıqlar ciddi müzakirə mövzusu deyil. Çünki istər cəbhə bölgəsində, istərsə də bir-birinin ardınca Azərbaycanın mülki insanlarının raket atəşinə tutulması, elə XİN rəsmilərinin danışıqlara dəvət edildiyi bu günlərdə cəbhə bölgəsindən çox-çox uzaqda olan Siyəzənin, Kürdəmirin, Qəbələnin və digər ətraf rayonların bombalanması, artilleriya atəşinə məruz qoyulması da bunu deməyə əsas verir. Görünür ki, erməni vandallarının danışıqlar masası arxasında hansısa qurucu, konstruktiv təklif irəli sürmək istəkəri yoxdur”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI