"“Madrid prinsipləri”ni təzədən heç nə olmamış kimi bizə sırımasınlar"

16:54 23-10-2020 | icon 329 | Siyasət
"“Madrid prinsipləri”ni təzədən heç nə olmamış kimi bizə sırımasınlar"

Əlisahib Hüseynov: "İndi hər hansı bir muxtariyyətdən söhbət belə gedə bilməz"

 
 
"Ermənilərin bundan sonra Azərbaycan ərazisində muxtariyyət qazanması məsələsi artıq öz əhəmiyyətini itirib və ümumiyyətlə, Şanlı Ordumuzun son uğurları fonunda bu tamamilə mümkünsüzdür. Çünki artıq status-kvo yoxdur. Prezidentimizin də qeyd etdiyi kimi status-kvonu və təmas xəttini biz məhv etmişik. Bir sıra ərazilərimiz işğaldan azad edilib. Deməli, artıq danışıqların predmeti və “Madrid prinsipləri” də öz əhəmiyyətini itirmiş, qüvvədən düşmüş sayılır".
 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri qeyd edib ki, Ordumuz öz uğurlu əks-hücum əməliyyatları ilə münaqişə zonasında yeni reallıqlara zəmin yaratdığına görə, indi həmsədrlərin bizi yenidən sıfır nöqtəsinə qaytarmağa və özündə məğlubiyyət elementlərini daşıyan “Madrid prinsipləri”ni təzədən heç nə olmamış kimi bizə sırımağa ixtiyarları yoxdur:
 
 
"Hazırda döyüş meydanında bütün üstünlük bizim tərəfimizdədir. Yəni ki, biz qalib tərəf sayılırıq. Odur ki, qalib tərəfi məğlub ölkənin maraqlarına xidmət edən əvvəlki prinsiplər əsasında danışıqlara məcbur etmək absurddur. Döyüş meydanındakı yeni vəziyyət masaya da yeni prinsiplərin təklif edilməsini tələb edir. Yeni prinsipləri də məhz biz təklif edə bilərik. Və bu yeni prinsiplərə görə, artıq ermənilərə Dağlıq Qarabağda maksimum muxtariyyət statusu verilməsi məsələsi də gündəmdən çıxır. İndi hər hansı bir muxtariyyətdən söhbət belə gedə bilməz. Hətta mədəni muxtariyyət də verilə bilməz".
 
 
Ə.Hüseynov vurğulayıb ki, Azərbaycan həmin ermənilər üçün cazibəli və vazkeçilməz ölkədirsə, buyursunlar, onlar da bütün digər vətəndaşlarımız kimi bu ölkədə adi vətəndaş olaraq yaşasınlar:
 
 
"Onların digər vətəndaşlarımızdan heç bir üstünlükləri yoxdur. Biz gələcəkdə yenəidən təkrar-təkrar erməni terroruna məruz qalmaq və növbəti işğallarla üzləşmək istəmiriksə, bu məsələni elə indi kökdən çözməliyik. Çünki bunu etmək üçün çox əlverişli, tarixi şans yaranıb. Həm də konstitusiyaya görə federativ yox, unitar dövlət olmağımız ölkəmizin daxilində hər hansı bir milli azlığa muxtariyyət hüququ verilməsini qadağan edir. Biz də hazırda məhz bu prinsipdən çıxış etməliyik".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı