"Üzrxahlıqları başlarına dəysin"

17:08 23-10-2020 | icon 517 | Siyasət
"Üzrxahlıqları başlarına dəysin"

Razi Nurullayev: "İmkan tapan kimi Azərbaycanın kürəyinə xəncər saplayarlar"

 

"Qardaşlar, bacılar, dostlar! Qarabağla, müharibənin gedişatı ilə bağlı heç nə paylaşmayın. Hətta, sosial şəbəkəni tam bağlamaq da olar. Amma, axı bu da bizə sərf etmir. Şəhidləri hamımız sevirik, önlərində baş əyirik və müharibədən sonra hamısının da məzarını və ailələrini ziyarət edəcəyik. Qəlbimizdə daima yaşayacaqlar. Sevincinizi, həyacanınızı və ürək çırpıntınızı başa düşürəm, amma siz də başa düşün ki, bu cür paylaşımlar ordumuza ziyan vurur, düşmənlərə məlumat verir. Düşmən mətbuatını və sosial mediasını izləyən biri kimi deyirəm ki, hər şəhid paylaşımınız onları sevindirir, döyüş bölgəsindən paylaşdığımız hər şəkil, video, yer adı, əsgərlərin olduğu yer, aldığımız və alacağımız yerlər bir kordinatdır və bunun nəticəsində qurbanlarımız da artıq var".

 
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabında millət vəkili Razi Nurullayev yazıb.
 
 
Millət vəkilinin sözlərinə görə, vəziyyəti o həddə çatdırmaq lazım deyil ki, hüquq-mühafizə orqanları ciddi şəkildə hərəkətə keçsin və söz dinləməyənləri qanunun zopası ilə başa salsın:
 
 
"Kiminsə məsuliyyətsizliyi ucbatından niyə əsgər ölməlidir? Əgər əsgər sizə şəkil, video və ya audio səs atıbsa, özünüzdə saxlayın, paylaşmayın. Biz buna görə yağı düşməni torpağımızdan qovan və canından keçən əsgərlərimizi qınaya bilmərik, onlar od-alov içindədir və nə dəcəllik etsələr də halal xoşları olsun deyirik. Onları yüngülcə məzəmmət etməyə belə dilim dönmür. Biz onları qorumalıyıq".
 
 
Razi Nurullayev vurğulayıb ki, ən böyük narahatlıq yaradan məqamlardan biri də "sülh göyərçinləri"dir:
 
 
"Hazırda ən azından əsgərin yanında mənən olmayan, işğalçı erməni əsgərini görməzdən gəlib ancaq gözüyaşlı erməni ana və bacılarını düşünən, az qala hərbi cinayətkar və uşaq qatili Paşinyana haqq qazandıran, mənasız sülhə çağırış edən, işğalçı Ermənistana sevgi nəğmələri deyənlər bizdən deyildir. Bir təhlükəli məqamı da görürəm. Elə "sülh göyərçinləri"i var ki, onların gözünü indiki hakimiyyətə olan mənfi münasibətləri tutub kor edib. Onlar üçün Paşinyanın zəfər çalması daha sevindirici olar. Bunlar azərbaycanlı adlandırıla bilməz. Bəziləri ictimai qınaq qarşısında üzrxahlıq edir, amma onların üzrxahlığı başlarına dəysin, imkan tapan kimi Azərbaycanın kürəyinə xəncər saplayarlar. Hamısını ifşa edib vətən xaini kimi cəza kəsmək vacibdir.
O qədər bildiyim, o qədər ürəyimi deşən faktlar var ki, danışa bilmirik".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı