Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ problemindən danışıb

09:16 24-10-2020 | icon 288 | Siyasət
Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ problemindən danışıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

 

Versus.Az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin məlumatında bildirilir.

 

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, nəinki işğal altında olan Azərbaycan torpaqlarından, habelə Ermənistan ərazisindən münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

 

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyinə inamını ifadə edib.

 

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğuran digər məqamlar ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı