“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

15:39 24-10-2020 | icon 652 | Siyasət
“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

Həvva Məmmədova: “Beynəlxalq təşkilatlar Ermənistana təsir etməli, işğaldan əl çəkməyə təşviq etməlidir”

 

Terrorçu, vandal Ermənistanın Azərbaycanın işğalı, ilhaq olunması uğrudna əl atdığı genosid, hiylə, məkr və həyasızlığı pik nöqtəsindədir. Başqasının torpaqlarını işğal edən, başqasının ərazilərində müharibə edən bu işğalçı abırsızcasına torpaqlarımızdan çıxmaq istəmir, əksinə bu gün də məhv etmək, Azərbaycan ərazilərini işğal etmək ideyasını təbliğ edir. Ən acınacaqlısı da budur ki, beynəlxalq təşkilatlar “regionda münaqişəni tənzimləmək” adı ilə işğalçıya, terrorçuya qarşı heç bir ciddi təsir elementlərindən istifadə etmirlər. Elə bundan pərvazlanan Ermənistanın “birinci xanımı”, vampir Anna Akopyan da maskalanaraq özünü sülhsevər kimi təqdim etməkdən utanmır və övladlarını ödürdüyü Azərbaycan qadınını haqqı olmadan “müharibəyə yox” deməyə, sülhə çağırır.

 

Versus.Az xəbər verir ki, hiyləgər düşmənlə üz-üzə qaldığımız belə bir vəziyyətə keçmiş deputat, “Qarabağın azərbaycanlı icması”-nın üzvü professor Həvva Məmmədova müsahibəsində aydınlıq gətirib.

 

- Həvva xanım, bədnam, cinayətkar Ermənistanın birinci xanımı Anna Akopyanın Azərbaycan qadınlarını sülhə çağırması, “müharibəyə yox deyin” deyə etdiyi müraciət ermənilərin hansı simasını açıb göstərir?

 

- Heç bir erməni qadınına, heç bir erməni kişisinə etibar yoxdur, onlar etibarlarını çoxdan itiriblər. Bir neçə ay öncə o, erməni qadınlarını başına yığıb onları silahlanmağa təşviq edirdi, əlində avtomat tutub onu Azərbaycana tuşlamışdı. Qadınlardan ibarət hərbi alaya başçılıq edərək, sinayperçi qadın əsgərlər yetişdirirdi. O, müxtəlif formalarda şəkillərini, videolarını çəkərək necə silaha sarılmasını müxtəlif pozalarda sosial şəbəkələrdə paylaşmışdı. İndi hansı haqla, hansı əxlaqla Azərbaycan qadınına müraciət edərək Azərbaycan qadınlarını sülhə çağırır, bizi müharibəni dayandırmağa səsləyir, bizə zəriflikdən danışır, sülhdən danışır. Nə qədər abırsız olmalısan ki, öz dövlətinin törətdiyi cinayətləri bu qədər asan unudub və öz işğalçı siyasətini qulaqardına vurasan. Üstəlik genosidə məruz qoyduğun, qadınlarını, qızlarını, uşaqlarını girov götürüb məhv etdiyin bir millətin qadınını “sülhə, atəşkəsə” çağırasan. Anna Akopyan utanmadan, qızarmadan danışır. Niyə Gəncədə baş verən hadisələrdə o körpələri, qadınları, dinc əhalini raketlə bombalayıb qətlə yetirəndə buna etiraz etmirdin, niyə ərini sülhə çağırmırdın?!. Görəsən Gəncədə və başqa mülki yaşayış yerlərində törətdikləri genosidə görə qadınlarımızın göz yaşlarına baxıb xəcalət çəkmirmi?! Nəyə, Akopyan heç olmasa bir dəfə də olsa, Xocalıda törədilən genosidə görə erməni xalqının Azərbaycandan üzr istədiyini demədi. İndi Ermənistan hakimiyyətinin Azərbaycana qarşı işğalçılığını artırmaq üçün bu müharibədə vaxt qazanmaq üçün arada bir danışıqlardan, atəşkəsdən danışır. Üstəlik Ermənistan danışıqlar bəhanəsi ilə öz hərbisini gücləndirmək, müəyyən yerlərdən silahlar almaq üçün vaxt qazanmaq istəyirlər. Azərbaycana qarşı döyüşmək üçün başqa ölkələrdən muzdlular gətirirlər. Özünü sülhsevər göstərən Akopyanın apardığı siyasət budur. Bu gün Azərbaycan qadını qaçqın-köçkün həyatı yaşayır. 1 milyondan çox qaçqın-köçkünümüzün 60 faizi qadındır. O qadınların hamısının evi dağıdıldı, mülkü yağmalandı, oğulları şəhid oldu, ərləri girov götürüldü, öldürüldü, Akopyan buna cavab verməlidir. O buna görə xəcalət çəkmirmi?

 

- Anna Akopyan Azərbaycan qadınlarını sülhə çağırır, Nikol Paşinyan ATƏT-in Minsk qrupunun sülh çağırışlarına məhəl qoymadan erməniləri silaha sarılıb başqasının torpağını zəbt etməyə çağırır. Üstəlik Rusiyada, ABŞ-da aktivləşdirilən atəşkəs danışıqlarına barmaqarası yanaşır. Bu proses nəyin göstəricisidir?

 

- Bu onu göstərir ki, Paşinyanın ailəsində belə fikirləri haçalanıb. Arvadı sülh çağırışı edir, əri müharibə istəyir, qızı isə Qarabağda ümidlərinin qırıldığını deyir. Belə çıxır ki, Paşinyanın evində bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Azərbaycan ordusu, Azərbaycan xalqı, Ali Baş Komandanı öndə olmaqla torpaqlarımızı işğaldan azad etmək istəyirik. Paşinyan bilir ki, uduzub. Amma xalqına Qarabağı diplomatik yolla yox, müharibə yolu ilə almaq istədiyini göstərib özünü sığortalamaq istəyir. Amma qatar çoxdan keçib. Ermənilərin bu gün Qarabağ haqqında nə deməsinin, nə istəməsinin heç bir mənası yoxdur. Bu gün Azərbaycan ordusu uğurla irəliləyir, bütün erməni xalqı yas içərisindədir, erməni qadınları Paşinyanı məhv etmək üçün bir məqam gözləyirlər. Niyə Paşinyan başqasının torpağına göz dikib, işğal etmək üçün erməni qadınların 17-18 yaşlarında olan oğlanlarını müharibədə qırdırır. Nəyin naminə. Nəyə görə işğaldan əl çəkmirlər. Bax erməni qadınları bunun cavabını Paşinyandan soruşmalıdır. İndi Anna bizə yox, öz siyasi hakimiyyətinə müraciət edərək öz ordularını Azərbaycan torpaqlarından çəkmələrini tələb etməlidir. Biz kiminsə torpağına girməmişik, biz kiminsə torpağını işğal etməmişik və bizim qadınlar sülhü, gözəlliyi çox gözəl anlayır. Lakin əgər ana torpağımız yağı düşmən tərəfindən yağmalanırsa, təhqir olunursa o öz oğullarını şərəfini qorumağa səsləyəcək və bu müharibə bizim haqq işimizdir, ədalətin bərpa olunmasıdır.

 

- Belə bir vəziyyətdə erməni xalqına müraciətlər edib onları münaqişəyə qarşı çıxış etməyə təşviq etməklə, erməni hərbi qoşunlarının ərazilərimizdən çıxarılmasına nail ola bilərikmi? 200 ildir Azərbaycana qarşı nifrət hissi ilə yaşayan, türkə nifrət üzərində böyüdülən erməniləri işğaldan əl çəkməyə nə vadar edə bilər?

 

- Bu günə qədər Ali Baş Komandanın bütün müraciətlərinə baxsanız, onların hamısı böyük bir əsərdir, tarixi araşdırma üçün bir mənbədir. O, bütün çıxışlarının hamısında sivil insanlara güllə atılmadığını, heç bir əsir düşmüş insanlarla kobud rəftar etmədiyini ilk gündən bu yana deyib. O hər zaman erməni xalqına müraciət edir ki, əgər erməni əsgəri ölmək istəmirsə başqasının torpağına hücum etməsin. Gərək erməni qadınları Prezidentin çıxışına qulaq asıb öz övladlarını döyüşlərə buraxmasınlar. Amma nə yazıq o xalqa ki, onu terrorçu bir dövlət, terrorçu bir baş nazir idarə edir. Heç bir savadı, heç bir dünyagörüşü heç bir insani xisləti olmayan Paşinyan üçün nə fərqi var ki, əsgərini hara göndərir və gedib orda öləcək, yoxsa qalacaq. Mən bu gün Azərbaycana muzdlu göndərən ölkələrin qadınlarına da müraciət etmək istəyirəm. Övladlarınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin, əks halda onlar hamısı məhv olacaqlar. Sonradan onların hamısı araşdırmaya cəlb olunacaqlar. Azərbaycan Prezidenti hər dəfə erməni xalqına müraciət edir ki, övladlarınızı müharibəyə buraxmayın. İki dəfə atəşkəs oldu. Atəşkəsdən qısa vaxt keçməmiş Gəncəni bombaladılar. Görünən budur ki, bu xalq münaqişəni dayandırmaq fikrində deyil. Və Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir.

 

- İndi beynəlxalq təşkilatlar regionda münaqişəni dayandırmaq üçün müxtəif çabalar edir, “tərəflər” arasında  diplomatik görüşlər təşkil edirlər. Əgər Ermənistan işğalçı niyyətindən əl çəkmirsə, bu cəhdlər hansı nəticəni verə biləcək?

 

- ABŞ, Moskva, eləcə də beynəlxalq təşkilatlar Ermənistanı işğalçı tərəf kimi tanımalı, ona təsir etməli, erməniləri işğaldan əl çəkməyə təşviq etməlidir. Əgər bu baş verməsə, Azərbaycan heç bir halda öz haqq işini dayandırmayacaq. Artıq vətənimizin azadlığı uğrunda müharibəyə qoşulmuşuq və sona qədər gedib işğala birdəfəlik son qoymalıyıq. Erməni qoşunları Qarabağdan çıxsınlar, sonra danışıqlar başlaya bilər.

 

Bütün şəhərlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız dağıdılıb. Sonrakı danışıqlarda Ermənistan bunlara görə cavab verməli olacaq. Ermənilər Gəncədə, Xocalıda baş verənlərə görə cavab verəcəklər. Belə vandal hökumətlə danışıq heç bir nəticə verməyəcək. Ermənistanın tarixi yalan üzərində qurulub. Bu gün Ermənistan özünün mövcud olması üçün sülhə gəlməlidir. Biz öz torpağımızı işğaldan azad edəcəyik, bizim bayrağımız torpaqlarımızda dalğalanacaq. Ermənistan isə bütün dünyada ən rəzil vəziyyətə düşəcəkdir. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı