MHP sədri vətəninin azadlığından yazdı

03:12 26-10-2020 | icon 1133 | Cəmiyyət
MHP sədri vətəninin azadlığından yazdı

Əlisahib Hüseynov: "Qayıdışın mübarək, Qubadlım"

 

"Azadlıq günün mübarək olsun, doğma yurdum! Qayıdışın mübarək, Qubadlım!"

 
 
Versus.Az xəbər verir ki, bu sözləri MHP sədri, qazi Əlisahib Hüseynov Qubadlının işğaldan azad olunması ilə bağlı şəxsi "facebook" hesabında təəssüratlarını paylaşarkən deyib. 
 
 
Əlisahib Hüseynovun sosial şəbəkədəki paylaşımını təqdim edirik:
 
 
 
 
"Mən hazırda heç bir sözlə ifadə olunmayan çox möhtəşəm və qeyri-adi hisslər yaşayıram! Qürur və sevinc hissim hədsizdir! Çünki vaxtilə həm doğulduğum, həm də uğrunda döyüşdüyüm Qubadlı 27 illik işğaldan sonra yenidən böyük Azərbaycan ailəsinə geri döndü.
 
 
Bu sevincli anları yaşamağımız üçün öz canlarını fəda etmiş əziz şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Eləcə də Milli Qəhrəmanlarımız Əliyar Əliyev və Şükür Həmidovun ruhlarına Allahdan rəhmət diləyirəm. Bu qürür dolu xoş anlarımıza görə sizlərə borcluyuq!
 
 
Şanlı və rəşadətli Ordumuza, bütün əsgər və zabitlərimizə ürəkdən "eşq olsun!" deyirəm və sizi böyüdən anaların əllərindən öpürəm!
 
 
Cənab Prezident, Ali Baş Komandan, bu möhtəşəm "tvit"inizi böyük bir səbirsizliklə gözləyirdik. Var olun! Sizinlə fəxr edirik! Siz yurd yerlərimizin azadlığı yolunda əzmlə mübarizə aparan fədakar Ali Baş Komandan kimi ən gözəl sözlərə layiqsiniz.
 
 
Bütün qubadlılarımızı təbrik edirəm. Gözünüz aydın olsun, əziz həmyerlilərim!
 
 
Və nəhayət, uzun illər boyu Qubadlıdan uzaqda ayrılıq həsrəti ilə yaşayıb dünyalarını dəyişən atamı, anamı xəyali olaraq təbrik edirəm. Ruhlarınız şad olsun.
 
Xoş gördük, Qubadlım".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”