"Ermənilər buna razılıq vermədilər, indi isə..."

09:38 26-10-2020 | icon 670 | Siyasət
"Ermənilər buna razılıq vermədilər, indi isə..."

Fuad Əliyev: "İndi sülh haqqında danışmaq çox ziyanlıdır"

 

“Azərbaycan 30 ilə yaxındır ki, dünyaya sübut edirdir ki, ermənilər bizim torpaqlarımızı işğal edib. İndi demək olar ki, əksəriyyət ölkələr bunu qəbul edərək bizi dəstəkləyir və Ermənistanı işğalçı dövlət kimi tanıyır".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13”-ə verdiyi müsahibəsində bildirib.

 

Partiya sədri hesab edir ki, Azərbaycana heç bir təpki yoxdur. Amma oktyabrın 10-da humanitar atəşkəsin bağlanmasına görə təpki ola bilər:

 

"O da ki, bütün dünya görüb ki, atəşkəsi ermənilər pozub. İndi isə beynəlxalq təşkilatlar və bəzi ölkələr öz bəyanatlarında qeyd edirlər ki, separatçı-ermənilər işğal etdiyi torpaqlardan çıxmalıdırlar. Putin də Valday görüşündə qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

 

Ermənilər mülki əhalini hədəfə alması və bunula bağlı beynəlxalq qurumların susqunluğuna diqqət çəkən ALDP sədri bildirib ki, Azərbaycan 30 ilə yaxındır ki, dünyaya sübut edirdir ki, ermənilər bizim torpaqlarımızı işğal edib. İndi demək olar ki, əksəriyyət ölkələr bunu qəbul edərək bizi dəstəkləyir və Ermənistanı işğalçı dövlət kimi tanıyır:

 

"Dinc əhaliyə qarşı ermənilərin törətdiyi cinayətlə bağlı dövlət rəsmiləri çox çevik addımlar atdı. Azərbaycanda fəaliyyət göstərən səfirləri Gəncəyə apararaq bu cinayəti göstərdilər. Biz partiya olaraq, xaricdə fəaliyyət göstərən və bizimlə əməkdaşlıq edən partiyalara dinc əhaliyə qarşı cinayətlə bağlı və ermənilərin digər təxribatlarla bağlı mütamadi olaraq məlumatlar göndəririk. Daha sonar 30-a yaxın beynəlxalq təşkilatı məlumatlandırmışıq. Biz bu informasiya blokadasını qırırıq. Və artıq bəzi beynəlxalq təşkilatlar, ölkələrin rəsmiləri öz bəyanatlarında qeyd edirlər ki, ermənilərin dinc əhalini hədəf alması qəbulolunmazdır”.

 

Müəyyən qruplar sosial şəbəkələrdə ermənilərlə birgə yaşamaq adı altında təbliğat işlərinə münasibət bildirən Fuad Əliyev qeyd etdi ki, sülh danışıqları gedən vaxt bu, ermənilərə təklif olunmuşdu. Onun sözlərinə görə, ermənilərə işğal etdiyi torpaqları azad etməsi, Qarabağda yaşayan azərbaycanlıların öz torpaqlarına qayıtması və ermənilərlə birgə yaşamağı təklif olunub:

 

“Ermənilər buna razılıq vermədilər. İndi isə müharibə gedir və belə fikirləri təbliğ etmək çox ziyanlıdır. Biz ordumuza dəstək verməliyik. Ordumuz işğalda olan torpaqlarımızı tam azad etməlidir, Qarabağda yaşayan azərbaycanlılar dogma yurduna qayıtmalıdırlar. Bundan sonar qalan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra bizimlə birgə yaşıya bilərlər. Ermənistan-Azərbaycan sülh platforması yaranmışdı. Və bu Platforma erməniləri Bakıya gətirib gezdirirdilər, yola salanda da bəlkə də ciblərinə pul qoyurdular. Amma bir nəfər azərbaycanlını belə Ermənistana aparmadılar. Ancaq ermənilər üçün üğurlu Platforma olub. Ona görə indi sülh haqqında danışmaq çox ziyanlıdır. Biz ordumuzun yanında olub, orduya dəstək verməliyik. Faşıst-Paşınyanın hakimiyyəti kapitulyasiya etməlidir”.

 

Ermənistanda Paşınyana təzyiqlərin olmasının onun hakimiyyəti itirəcəyinə gətirib çıxara biləcəyinə gəlincə, Fuad Əliyev bunun onların öz daxili problemi olduğunu vurğulayıb:

 

"Hal-hazırda uduzan Paşinyan hakimiyyətidir. Paşinyan hakimiyyəti saxlaya biləcək məsələsini gələcək göstərəcək. Amma Paşinyan hakimiyyətdə qalacaq və yaxud Ermənistanda hakimiyyət dəyişəcək məsələsi mənim üçün heç maraqlı deyil”.

 

ALDP sədri onu da vurğulayıb ki, Azərbaycan müxalifəti indiki vaxtda Azərbaycan ordusunun və Ali Baş Komandanın yanındadır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin