Azərbaycan provayderləri də bu prosesə hazırdır

14:14 10-09-2018 | icon 602 | Gündəm
Azərbaycan provayderləri də bu prosesə hazırdır

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a bildiriblər ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prosesin adi istifadəçilərə cuzi təsiri ola bilər.

 

Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda sistem "server failure" və ya “SERVFAIL” səhvini göstərə bilər.

 

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazır olmaması bu prosesi təxirə salmışdı. Artıq dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prosesə hazırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol