İqbal Ağazadədən xaricdə yaşayan həmvətənlərimizə MÜRACİƏT

15:22 26-10-2020 | icon 297 | Siyasət
İqbal Ağazadədən xaricdə yaşayan həmvətənlərimizə MÜRACİƏT

"Müqəddəs savaşımıza, əsgərimizə, Ali Baş Komandanımıza, diplomatiyamıza dəstək olaq"

 

"Xaricdə yaşayan həmvətənlərimiz (özəlliklə, Rusiya, Fransa, ABŞ, Almaniya, İran və s.) Azərbaycanımıza, müqəddəs savaşımıza, əsgərimizə, Ali Baş Komandanımıza, diplomatiyamıza dəstək üçün yaşadıqları ölkədə toparlanmalı, ayağa durmalı, yürüşlər, elmi konfranslar təşkil etməli, KİV-də müsahibələr verməli, mətbuat konfransları keçirtməli, haqq işimizi dünyaya çatdırmalıdlrlar".

 
 
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabındakı paylaşımında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
 
 
Partiya sədri bildirib:
 
 
"Hər kəs bilməlidir ki, bu savaş xalqın səsi, tələbidir. Ali Baş Komandan və əsgərlərimiz xalqın istəyini və iradəsini gerçəkləşdirir. İstənilən siyasi, iqtisadi hədə və təhdidlər Azərbaycan iqtidarına deyil, xalqına qarşıdır. Sona qədər hər bir azərbaycanlı Prezidentin bu iradəsini və əsgərimizin əzmini müdafiə edəcək, gərəkilən anda hamımız əsgər olacağıq.
 
Yürüşlər eyni gündə olacağı təqdirdə daha effektli olacaq. Ən başlıcası, bu yürüşlərə Azərbaycanı sevən hər kəsi dəvət etməli, sistemli və koordinasiyalı təşkil etmək lazımdır.
 
 
Birliyimiz qələbəmizin təminatçısıdır. Bu birliyi sarsıdan heç bir hərəkətə, sözə, fikrə yol vermək olmaz. Vətən müharibəsi aparırıq. Hamı özünü bu vətənin əsgəri bilməlidir.
 
 
Torpaqlarımız uğrunda türk, talış, ləzgi, avar, kürd, tat, qrız, yəhudi, rus, ukraynalı, ingiloy, xınalıq, bir sözlə, hər kəs birləşib.
 
 
Birliyimiz sarsılmazdır!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!"
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür